Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:55

Gəncədən gələn narazılar Prezident Administrasiyası önündə


-

Gəncəçayın sahilində yaşan bir qrup sakin avqustun 10-da Prezident Administrasiyasına şikayətə gəlib.

Onlar Gəncə şəhərində eyni adlı çayın ətrafındakı evlərinin sökülməsindən və ədalətli kompensasiya verilməməsindən şikayətləniblər.

Şikayətçilərin deməsinə görə, Gəncə şəhər İcra Hakimiyyəti çay ətrafında park salınacağı adı ilə bir sıra evləri sökür: “Bizə deyirlər ki, evləriniz sökülür, istəyirsinizsə iki aylıq başqa yerdə qalmaq şərti ilə pul verək, sonra imkan olanda evlərinizi tikib verərik. Ya da 300 manatdan kompensasiyalarınızı alın. Burada evlərin kvadratı az hesablanır. ”-deyə şikayətçilərdən biri bildirib.

Sakinlər deyir ki, həmin ətrafda sökülməsi nəzərdə tutulan 110-dan çox ev var. Bunlardan 12 ev artıq sökülüb.

Şikayətçilər deyiblər ki, iyulun sonlarından bu yana artıq 3-cü dəfədir ki, Prezident Administrasiyasına gəlirlər. Onlar şikayətlərinin diqqətə alınmamasından da narazıdırlar:

“Soyuq yanaşırlar, dərdimizə qalan yoxdur. Bir nəfər rəsmi şəxslə görüşmüşük, amma bunun heç bir əhəmiyyəti və faydası yoxdur. Qayıdanda da şəhər icra hakimiyyəti bizləri incidir ki, niyə Bakıya şikayətə gedirsiniz. Xülasə, bizim problem həllini tapana oxşamır”

Buna da bax: Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)

Bundan əvvəl Gəncə şəhər icra hakimiyyətindən Azadlıq Radiosuna bildirmişdilər ki, Gəncəçaydakı daşqınların ətrafa vurduğu zərərin qarşısını almaqdan ötrü bəndtikmə işlərinə başlanıb. 160 yaşayış evi və obyekt söküntü layihəsinə düşüb. Sakinlərlə danışıqlar aparılıb və onlara haqqı ödənilmək şərti ilə mənzillər kirayələmək təklif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG