Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Kəpəz polisi iki gəncin saxlanmasını təsdiqlədi


Həbs olunmuş şəxs (arxiv fotosu)

Həbs olunmuş şəxs (arxiv fotosu)

Noyabrın 5-i Gəncədə saxlandıqları deyilən gənc fəallar Tapdıq MəmmədovElmir Təhmin barəsində şikayət var.

Bu haqda Gəncə şəhəri Kəpəz rayonu polis bölməsinin rəis əvəzi Adil Əliyev məlumat verib. O, “Daxili İşlər Nazirliyinin göstərişi var. Nazirliyin mətbuat xidməti informasiya verə bilər ” deyərək, işlə bağlı əlavə məlumat vermək səlahiyyətinin olmadığını ifadə edib.

Buna da bax:​ 8 sutka alan gənclər azadlığa çıxdılar

“Mən bu iş barəsində məlumat verə bilmərəm. Təhqiqat, araşdırma aparılır”, deyən A.Əliyev işdə zərərçəkənin olduğunu, gənclər barəsində vətəndaşın şikayət etdiyini bildirib.

Rəis əvəzi gənclər barəsində hər hansı məhkəmə qərarının olub-olmaması haqda da detallı danışmayıb. Ancaq əlavə edib ki, hər bir işdə olduğu kimi gənclərin işində də saxlama rəsmi qaydada həyata keçirilib.

Sosial şəbəkələrdə noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhminin saxlanması barədə xəbər yaymışdı.

Buna da bax:​ Vəkil gəncə işgəncə verilməsindən şübhələnir

Xəbərdə gənclərə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. Gənclərin Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkının divarlarına “Diktaturaya yox!” və başqa şüarlar yazdıqları səbəbindən saxlandığı bildirilirdi.

Məlumatda gənclərə polis şöbəsində işgəncə verildiyi də vurğulanmışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində isə, hələlik, gənclər barədə bu deyilənlərə hər hansı açıqlama almaq mümkün olmayıb.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG