Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

►O, Urmiyəyə mükafat almış tamaşası ilə gedir

Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasına qastrola gedəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra dəvət məktubu gəlib.

Teatr qastrol səfərində “Bir səbət tənhalıq” tamaşasını nümayiş etdirəcək.

2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış və teatrın kiçik səhnəsində nümayiş etdirilmiş tamaşa ötən il Türkiyə Cumhuriyyəti Dənizli bölgəsində keçirilmiş Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.

Buna da bax: Türkiyə, yoxsa Rusiya? Azərbaycan kimin tərəfini tutsun?- [Fikrini de]

Səhnə əsərinin quruluşçu rejissoru Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev ifa edirlər.

Gənc Tamaşaçılar Teatrı

Gənc Tamaşaçılar Teatrı

Günün bütün mövzuları

XS
SM
MD
LG