Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:18

Manatla gəlir artıb, dollarla yox


►Şəki-Zaqatala kasıblar bölgəsidir

Yaxşı qazanclı azərbaycanlı ailələrin sayının artdığı deyilir.

Amma gəlirlər devalvasiyadan qabaqkı manatla hesablansaydı, başqa mənzərə ilə qarşılaşardıq.

Son bir ildə Azərbaycanda adambaşı aylıq gəliri 200 manatı aşan ailələrin sayı 45,7 faizə çatıb. Bakı şəhərində bu göstərici 62 faizdən yuxarıdır.

DSK müayinə aparıb

Dövlət Statistika Komitəsi (DSK) 10200 ailə təsərrüfatı arasında keçirdiyi statistik müayinələr nəticəsində bu qənaətə gəlib.

2014-cü ildə ölkədə adambaşı 200 manatdan çox gəliri olan ailələrin sayı 33,5 faizə bərabər idi.

Buna da bax: Azərbaycan xoşbəxtlikdə 81-cidir

Varlılar 3,6 faiz artıb

DSK-nın təqdim etdiyi hesabatda göstərilir ki, 2015-ci ildə adambaşına aylıq gəliri 300 manatdan çox olan ev təsərrüfatlarının xüsusi çəkisi bir il əvvəlki göstəricini (6,1 faiz) 3,6 faiz keçib. İndi bu 9,7 faizə yüksəlib. Sadə dillə desək, hər min ailədən 97-də evə ayda adambaşına 300 manatdan yuxarı pul gəlir.

DSK adambaşı gəlirdə ən yuxarı hədd kimi 300 manat götürür. Daha çox qazanan ailələrin statistikası isə aparılmır.

Şəki-Zaqatala kasıblar bölgəsidir

Büdcəsinə ayda orta hesabla 105 manatdan 135 manatadək pul daxil olanlar ölkədəki ailələrin 4,8 faizini təşkil edir. Bu, yoxsulluq səviyyəsindən aşağı yaşamaq sayılır. 2015-ci ildə yaşayış minimumu və orta illik inflyasiya nəzərə alınmaqla yoxsulluq həddi 135 manat civarında olub.

Şəki-Zaqatala bölgəsində evinə adambaşı 135 manatdan aşağı pul daxil olan ailələrin xüsusi çəkisi 10,1, Gəncə-Qazaxda – 8,5 , Lənkəranda – 6, Quba-Xaçmazda – 3,7 , Aran rayonlarında – da 4,6 faiz olub. Bakıda bu göstərici 2,5 faizdir.

Buna da bax: ABŞ şirkəti Azərbaycanı tərk edir

«Yoxsulluq səviyyəsi daha yüksəkdir»

Müstəqil ekspertlər Azərbaycanda yoxsulluq səviyyəsinin rəsmi məlumatlardan daha yüksək olduğunu iddia edirlər. Onlar bir qayda olaraq deyillər ki, yoxsulların istehlak səbətində ərzağın payı daha çox olur. Ərzaq isə qiymət artımına daha həssasdır.

Bu il hökumət yaşayış minimumunu 136 manat səviyyəsində müəyyən edib. Ekspertlər ikirəqəmli inflyasiyanın qeydə alınmasını nəzərə alaraq, yoxsulluq səviyyəsinin ölçülməsində əsas meyarlara yenidən baxmağı tövsiyə edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG