Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Gədəbəyli məmur: '677 manat nədir ki, durub hər həftə yol ölçürsən'


Daşkəsəndə bazar
Daşkəsəndə bazar

Gədəbəyin icra məmurlarından şikayət var

“Hər dəfə Gədəbəyin icra məmurlarının yanına gedəndə, məni aşağılayırlar. Deyirlər, “677 manat nədir ki, ona görə durub ordan bura gəlirsən””.

Gülnar Həsənova Daşkəsəndə ticarətlə məşğul olur. Təkbaşına azyaşlı övladlarını saxlayan bu xanım kiçik bir mağazada pal-paltar satır. Özü demiş, başı 3 il əvvəl yerli icra hakimiyyətindən “müsibətlər çəkib”. Abadlıq adı altında mağazasını sökməyə qalxan məmurlar Gülnar xanımın dişiylə-dırnağıyla qurduğu ticarətini alt-üst edəcəklərmiş. “Nə yaxşı ki, o vaxt gəlib çəkdiniz, icra hakimiyyəti bizdən əl çəkdi, şükür ki, indi dəyib dolaşan yoxdur. Ancaq indi də məni icra məmurları incidir”, – deyir.

Buna da bax:​ "Nə qədər ki, məmur kapitalizmi var..."

“677 MANAT NƏ OLAN ŞEYDİR Kİ”

Gülnar Həsənova Daşkəsəndə ticarətlə məşğul olur. Təkbaşına azyaşlı övladlarını saxlayan bu xanım kiçik bir mağazada pal-paltar satır.

Qısası, Gülnar xanım bir müştəriyə kreditlə xeyli geyim əşyaları satıb. Ancaq pulunu ala bilməyib. Üz tutub Gədəbəy rayon Məhkəməsinə... Məhkəmə də Gülnar Həsənovanın həmin şəxsə qarşı pul tələbini təmin edib. Qalıb qərarın icrası – yəni, həmin şəxsdən pulun tutulub bu xanıma ödənilməsi. Gəl ki, 10 aydan çoxdur Gülnar xanım Daşkəsənlə Gədəbəy arasında qalıb:

“Həmin adam Gədəbəydə yaşayırdı deyə, həmin rayon məhkəməsinə müraciət etdim. Ötən ilin dekabrından qərar icra olunmağa Gədəbəy rayon icra məmurlarına göndərilib. Məmurlarsa özlərini dükan-bazar adamları kimi aparırlar. Vətəndaşla elə davranırlar ki, sanki qanunla yox, tərəvəz bazarı qaydaları ilə işləyirlər.

Buna da bax:​ "Ofşordan istifadə eləyən elə məmurların özləri deyil?!"

Qısası, Gülnar xanım bir müştəriyə kreditlə xeyli geyim əşyaları satıb. Ancaq pulunu ala bilməyib. Üz tutub Gədəbəy rayon Məhkəməsinə...

Dövlətin icra məmuru deyir ki, “677 manat nə olan şeydir ki, durub hər həftə Daşkəsəndən Gədəbəyə yol ölçürsən”. Deyirəm, “ay kişi, sənin vəzifən dövlətin adından çıxan qərarı icra etməkdir, vətəndaşa ağıl vermək deyil. Hansısa bank vətəndaşa qarşı 20-cə manatlıq tələb irəli sürəndə faizini də üstünə gəlib maaş, təqaüd kartından çıxarırsız”. Ümumiyyətlə, dövlətin adından çıxan qərarları ilk növbədə tapdalayıb keçən elə icra məmurlarıdır. İndi tələbkar hansısa məmur, cavabdeh mənim kimi bir bədbəxt vətəndaş olsaydı, bu icra məmurları dərimi boğazımdan çıxarıb son qəpiyinə qədər mənə ödətdirərdi”.

“HƏQİQƏTƏ UYĞUN DEYİL”

Rayonun icra şöbəsi isə sahibkar xanımın dedikləri ilə razılaşmır.

Gədəbəy rayon icra şöbəsi isə sahibkar xanımın dediklərini “Qaynar xətt”ə təkzib edib:

“Gədəbəy rayon Məhkəməsinin Gülnar Həsənovanın iddiası əsasında çıxardığı borcun ödənilməsinə dair Qətnamənin icra vərəqəsi icra məmuru Məhərrəm Bağırovun icraatındadır. Tələbkarın icra məmurları ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Tələbkarla cavabdeh tərəfi dəvət edib məsələni araşdıracağıq”.

Buna da bax:​ 'Bələdiyyə sahibkarlıq fəaliyyətimə mane olur'

Hüquqşünas Vaqif Alıyev Gülnar Həsənovanın icra məmurlarının hərəkətlərindən Ədliyyə Nazirliyinə şikayət etməli olduğunu bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG