Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan «Anglo-Asian Mining Plc.» şirkəti «Gədəbəy» yatağının yeni ərazisində qızıl kəşfiyyatı aparmaq məqsədilə lisenziya alıb.

«Report»un xəbərinə görə, yeni yataq «Uğur» adlandırılıb.

«Uğur» şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir.

Şirkətin baş icraçı direktoru Rıza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: «İnanıram ki, «Anglo-Asian» çox əhəmiyyətli mövqedədir. Bu mövqe «Gədəbəy»də davamlı olaraq hasilata şərait yaradacaq».

Xəbərə görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. 34 metrə qədər hər tona 0.39 qram qızıl düşür.

Açıqlamada qeyd edilir ki, gələcəkdə «Uğur»un kəşfiyyat ərazisi 1500 metrə qədər cənuba genişləndiriləcək.

Artıq «Anglo-Asian Mining Plc.» işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.

«Anglo-Asian Mining Plc.» şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı Rıza Vəziriyə məxsus«R.V.Investment Group Services, LL USA» şirkətidir. «R.V.Investment Group Services LL USA» şirkəti «Gədəbəy» yatağında qızıl hasilatı üzrə layihədə 51, Azərbaycan tərəfi isə 49 faiz paya sahibdir. Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG