Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Qaziantepdə ölənlərin dəfnində etiraz aksiyası olub [video]


Türkiyənin Qaziantep şəhərindəki toyda partlayışda yaxınlarını itirənlərdən biri
Türkiyənin Qaziantep şəhərindəki toyda partlayışda yaxınlarını itirənlərdən biri

Avqustun 20-də Türkiyənin Qaziantep şəhərinin mərkəzi məhəllələrindən birində keçirilən toyda intiharçı özünü partladıb. Nəticədə toya qatılan 300 nəfərdən 51-i vəfat edib. 90-na yaxın yaralı olduğu deyilir.

Avqustun 21-də ölənlərdən 12 nəfəri dəfn olub. Qalanlarının kimliyi müəyyənləşdirilir.

Dəfn mərasiminə gələnlər hökumət üzvlərinə etiraz ediblər. Onlar "Qatil Erdoğan" şüarları səsləndirərək, polisə plasmas butulkalar atıblar.

Qaziantepdə ölənlərin dəfnində etiraz
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Türkiyədə ölənlərin sayı 51-ə çatıb

Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayış nəticəsində ölənlərin sayı 51-ə çatıb. 90-na yaxın yaralı var. Ölənlərin çoxu qadınlar və uşaqlardır.

Erdoğan: ‘Terroru gümün ki, 12-14 yaşlı canlı bomba törədib’

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, «güman ki, Qazientepdəki terroru 12-14 yaşlarında canlı bomba törədib».

Prezident bir daha terroru «İslam Dövləti» qruplaşmasının (İŞİD) törədə biləcəyimi güman etdiyin deyib.

Erdoğan ölənlərin sayının 51 olduğunu, 69 nəfərin xəstəxanalara yerləşdirildiyini, onlardan 17 nəfərin vəziyyətinin ağır olduğunu da bildirib.

(mətnin ardı var)

Qaziantepdə partayış: 50 ölü, 100 yaralı
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Buna da bax: İlham Əliyev Erdoğana başsağlığı verib

İntiharçının özünü rəqs edənlərin arasında partlatdığı deyilir. ​Prokurorluq bildirib ki, hadisə yerindən intiharçı kəmərinin qalıqlarını tapıblar.

Qaziantepdə toyda bomba partlayışından sonra hospitala gətirilən ilk yaralılar
Qaziantepdə toyda bomba partlayışından sonra hospitala gətirilən ilk yaralılar

Qanlı hadisədən dərhal sonra baş nazirin müavini Mehmet Şimşek hadisəni «barbar hücum» adlandırıb. Şimşek deyib ki, güman ki, partlayışı canlı bomba törədib.

Müxalif HDP (Xalqların Demokratik Partiyası) bildirib ki, partlayış partiya üzvlərinin toy mərasimində törədilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG