Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:21

Alim Qasımov Malayziyada konsert verdi


Alim Qasımov və Fərqanə Qasımova
Alim Qasımov və Fərqanə Qasımova

-

Muğam ustası Alim Qasımov və qızı Fərqanə Qasımovanın Malayziyada konserti keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, konsert Kuala-Lumpurun əzəmətli konsert sarayı "Dewan Filarmonik Petronas"da baş tutub.

Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və "Pusaka" qurumunun təşkilatçılığı ilə "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində keçirilən konsertə gələnlər arasında Malayziyanın sabiq baş naziri Əhməd Bədəvi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış sənətçilər, yerli və xarici media qurumlarını təmsilsilçiləri və Kuala-Lumpurda yaşayan azərbaycanlılar olublar.

"Sarı gəlin" Azərbaycan xalq mahnısı ilə başlayan konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifasında səslənən muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsertdən sonra sənətkarlarla görüşən tamaşaçılar Azərbaycan musiqisinin və musiqi alətlərinin onlarda böyük maraq doğurduğunu vurğulayıblar. Alim Qasımovun Malayziyaya səfəri və "Diverse City 2015: Kuala Lumpur" Beynəlxalq İncəsənət Festivalında çıxışı yerli mətbuatda da geniş işıqlandırılıb. Konsertdən bir gün əvvəl Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən Alim Qasımovun şərəfinə ziyafət təşkil olunub.

Ziyafətdə bir sıra yüksək səviyyəli qonaqlar, KİV nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

Ziyafət çərçivəsində Alim Qasımov jurnalistlərin suallarını da cavablandırıb.

XS
SM
MD
LG