Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:38

Ermənistanın maliyyə nazirinin 'milyonları üzə çıxdı'


Gagik Khachatrian
Gagik Khachatrian

►Nazir suallara cavab verməkdən imtina edib

Ermənistanın maliyyə naziri Gagik Khachatrian oğlanlarının hansı yolla ABŞ-da milyonlarla dollar dəyərində daşınmaz əmlak ala bildiyinə dair izahat verməkdən imtina edib.

Jurnalistlər Gagik Khachatriana oğlanlarının sahibkarlıq fəaliyyətini dəstəkləyib-dəstəkləmədiyi, sözügedən daşınmaz əmlakın alınması zamanı onlara kömək edib-etmədiyi barədə sual veriblər. Nazir bu suala da cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, Gagik Khachatrian bu vəzifədən əvvəl ölkənin gömrük və vergi xidmətlərinin rəhbəri olub.

Bir həftə bundan əvvəl "Hetq" nəşri nazirin oğlanları Gurgen və Artyomun 2010-cu ildə Los Ancelesin Vestvud rayonunda 11 milyon dollara dəbdəbəli mülk aldığı, indi də həmin mülkü 35 milyon dollara satışa çıxardığı barədə məlumat dərc etmişdi.

"Mənim oğlanlarım Gurgen və Artyom Khachatrianlar yetkinlik yaşına çatmış vətəndaşlardır və həm öz şəxsi həyatlarını, həm də sahibkarlıq fəaliyyətlərini özləri idarə edirlər. Təbii ki, oğlanlarımın sahibkarlıq fəaliyyətinin bəzi detalları mənə məlum deyil. Ancaq mən düşünürəm ki, hər bir insan başqalarının şəxsi həyatına hörmətlə yanaşmalı, ona aid olan məlumatları yaymamalıdır, hətta söhbət onun uşaqlarından getsə belə," deyə Gagik Khachatrian Azadlıq Radiosunun Ermənistan xidmətinin sorğusuna cavab verib. O əlavə edib ki, "Hetq" nəşri ilə bağlı hər hansı şərh verməyəcək.

Nazir həmçini qeyd edib ki, "dərc edilmiş məlumat 2010-cu ildən bəri müxtəlif rəsmi saytlarda hamı üçün açıqdır və heç bir ifşadan söhbət getmir."

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Bundan əvvəl nazir bildirmişdi ki, oğlanları həmin mülkü kreditlə alıblar. Ancaq o yenə də detalları açıqlamamışdı.

"Azadlıq Radiosu Gagik Khachatrianın nazir həmkarlarının da məsələyə münasibətini soruşub.

"Mən o yazı ilə tanış olmağa imkan tapmamışam. Tanış olandan sonra fikrimi bildirərəm," baş nazir Ovik Abramyan deyib.

"Gagik Khachatrian burdan iki addımlıqda işləyir, onun özünə müraciət edə bilərsiniz. Bu ona bənzəyir ki, mən sizə jurnalistlərin reketliyə görə həbsi barədə sual verim və xahiş edim ki, korrupsiyalaşmış jurnalistlərlə necə mübarizə aparılır, " deyə nəqliyyat və rabitə naziri Gagik Beglaryan cavab verib.

Fövqəladə hallar naziri Armen Yeritsyan da cavab verə bilmədiyini və sualın maliyyə nazirinin özünə verilməli olduğunu deyib.

Təhsil və elm naziri Levon Mkrtchyan isə yazı barədə məlumatsız olduğunu deyib. "Bu sual təhsil sahəsinə aid deyil... İstənilən daşınmaz əmlak alma korrupsiya faktı sayılırmı?.. Nə vaxt aydınlaşar, onda da danışarıq. Mən səhv etmirəmsə onlar biznesmendirlər," deyə o bildirib.

Azadlıq Radiosunun Ermənistan xidməti yüksək vəzifəli şəxlərin etikası komissiyasına və prezidentin və baş nazirin nəzarət xidmətlərinə də bu məsələ ilə bağlı sorğu göndərib. Etika komissiyasından heç bir cavab gəlməyib, nəzarət xidmətlərindən isə bildiriblər ki, sözügedən məsələnin nəzərdən keçirilməsi onların səlahiyyət sahəsinə daxil deyil.

Buna da bax: "Xarici borc sürətlə artır"

XS
SM
MD
LG