Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:00

APA-nın xəbərinə görə, avqustun 15-də “Zaqatala” klubunun Nigeriyadan olan futbolçusu Maykl Umanyika məşq zamanı vəfat edib.

Futbolçunun meyitinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparıldığı deyilir. Xəstəxanadan bildiriblər ki, ilkin müayinədə futbolçunun ürəyində problemlərə görə öldüyünü göstərir.

Buna da baxın: Şıx və Antalya çimərliyinin fərqi (Fotolar)

Klubun prezidenti Musa Qurbanov agentliyə bildirib ki, futbolçu yenicə bu komandaya keçibmiş:

"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm".

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG