Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:05

"Tottenham" Bakıda çətin qələbə qazandı


"Qarabağ" klubuna qarşı oynayan London klubunun üstünlüyü ilə keçən yarışda yeganə qolu Harry Kane 78-ci dəqiqədə vurub.

Noyabrın 26-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın «Qarabağ» komandası İngiltərənin «Tottenham» klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı matçda qonaqlar 1-0 hesabı ilə qalib gəliblər.

BBC Sport yazır ki, London klubunun üstünlüyü ilə keçən yarışda yeganə qolu Harry Kane 78-ci dəqiqədə vurub.

Bu da qeyd edilir ki, Kane, habelə Son Heung-Min bundan əvvəlki qol imkanlarını əldən buraxıblar.

Oyundan sonra Kane jurnalistlərə bildirib ki, qələbə böyük çətinliklə başa gəlib

BBC-nin futbol şərhçisi yazır “Qarabağ” klubunun birinci hissədə qol vurmaq imkanı olsa da, azərbaycanlılar birinci taymda qonaqların bir qədər səliqəsiz oyunundan faydalana bilməyiblər.

Oyundan sonra Kane jurnalistlərə bildirib ki, qələbə böyük çətinliklə başa gəlib.

Oyun ərəfəsində Britaniya qəzetləri yazırdılar ki, “Tottenham” “Qarabağ”la oyuna ən güclü heyətini buraxıb, halbuki, məşqçinin öz oyunçularına bazar günü “Chelsea” klubuna qarşı keçirləcək matç üçün istirahət verəcəyi gözlənilirdi.

Hazırda J qrupuna 10 xalla “Tottenham” başçılıq edir. “Qarabağ” 4 xalla 4-cü yerdədir.

İkinci yerdə olan “Anderlecht”in 7, üçüncü yeri tutan “Monaco”nun 6 xalı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG