Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:01

-
Antalyada Azərbaycan, Türkiyə, Ukrayna və Polşanın iştirakı ilə parlamentlərarası futbol turniri keçirilib.

Turnirin açılış mərasimində iştirakçı ölkələrin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən insanlar ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, terrorun pislənməsi şüarı altında keçirilən turnirin açılış mərasimindən sonra yarışlara start verilib.

İlk olaraq Türkiyə Böyük Millət Məclisi ilə Ukrayna Ali Radasının komandaları güclərini sınayıblar. Qonaqlardan üstün oyun nümayiş etdirən Türkiyə parlamentariləri 6:1 hesabı ilə qələbə qazanıblar.

Yarışın birinci günü Azərbaycan və Polşa parlamentlərinin komandaları meydançaya çıxıblar. Azərbaycan Milli Məclisini təmsil edən komanda Polşa parlamentinin komandası ilə qarşılaşmada qalib gələrək finala vəsiqə qazanıb.

Turnirin ikinci günü Azərbaycan və Türkiyə komandaları arasında final görüş olub. Azərbaycan 1:2 hesabı ilə məğlub olaraq ikinci yerlə kifayətlənib.

Turnirin formatına uyğun olaraq komandalara millət vəkilləri ilə yanaşı, parlament aparatlarının əməkdaşları da daxil ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG