Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Əli Kərimlinin müavini imtina edir...


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

►Fuad Qəhrəmanlının imzalamaqdan imtina etdiyi sənədlər arasında ekspertiza rəyləri də olub

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında müstəntiqin ona təqdim etdiyi bir sıra sənədlərlə tanış olmaqdan və onları imzalamaqdan imtina edib.

Bu barədə AzadlıqRadiosuna Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verərək bildirib ki, müvəkkili ittihamların saxtalığına etiraz əlaməti olaraq, bu addımı atıb.

Fuad Qəhrəmanlının işi üzrə istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. İdarənin müstəntiqi müəyyən istintaq hərəkətləri aparmaq məqsədilə təcridxanada vəkil Fəxrəddin Mehdiyevin iştirakı ilə Fuad Qəhrəmanlı ilə görüşüb. Müdafiəçinin sözlərinə görə, görüş zamanı Fuad Qəhrəmanlının tanış olmaqdan və imzalamaqdan imtina etdiyi sənədlər arasında ekspertiza rəyləri də olub.

Fəxrəddin Mehdiyev onu da qeyd edib ki, Fuad Qəhrəmanlının həftədə iki dəfə telefondan istifadə hüququ pozulur. Qanunvericilikdə təcridxanada saxlanılan dustaqlar üçün belə bir hüququn nəzərdə tutulmasına baxmayaraq, AXCP sədrinin müavini bundan yararlana bilmir.

Buna da bax: Gənc sahibkara 21 dekabr «sürpriz»i

Fuad Qəhrəmanlının həbsindən dərhal sonra evində aparılan axtarış zamanı götürülmüş kompüter və onun özünün mobil telefonunun hələ də ailəsinə qaytarılmadığını deyən Fəxrəddin Mehdiyevin sözlərinə görə, müvəkkili həmin əşyalardan xoşagəlməz məqsədlərlə istifadə oluna biləcəyindən narahatdır:

"Fuad Qəhrəmanlı narahatdır ki, bu əşyalardan başqa məqsədlərlə istifadə edə, internetə saxta materiallar yerləşdirə bilərlər. Üstəlik, evdən götürülmüş kompüter təkcə Fuad Qəhrəmanlıya məxsus deyil. O, ailənin ümumi istifadəsində olub. Ona görə də mütləq geri qaytarılmalıdır".

Fuad Qəhrəmanlı dekabrın 8-də həbs olunub. Ona qarşı "Facebook" səhifəsində yazdığı statuslara görə Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG