Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

►Ona qarşı "kütləvi iğtişaşa çağırış" maddəsi də irəli sürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı ilə bağlı cinayət işinin ibtidai istintaqının artıq yekunlaşmaqda olduğu bildirilir.

Siyasətçinin vəkili Nemət Kərimli işin məhkəməyə göndərilmək üzrə olduğunu deyib.

Vəkil həmçinin, F. Qəhrəmanlıya qarşı irəli sürülən ittihamların ağırlaşdırıldığını söyləyib.

“İstintaq Qəhrəmanlıya Cinayət Məcəlləsinin 220.2-ci (kütləvi iğtişaşa çağırış) maddəsi ilə daha bir ittiham irəli sürüb” - deyən vəkil qeyd edib ki, siyasətçi indiyədək dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə, milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınmasına görə ittiham olunurdu.

Ötən il noyabrın 26-da baş verən Nardaran olaylarından sonra həbs edilən Fuad Qəhrəmanlının həmin işdə adı gedən şəxslərlə birlikdə mühakimə olunacağı deyilir.

Bu iş üzrə tutulanların sayı çox olduğundan, onların iki qrupda mühakimə ediləcəkləri qeyd edilir.

Tale Bağırzadə

Tale Bağırzadə

AXCP sədrinin müavininin “Müsəlman Birliyi” Hərəkatının rəhbəri " target="_blank">Tale Bağırzadə ilə birlikdə mühakimə olunacağı deyilir.

F. Qəhrəmanlı facebook səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.

Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

Prokurorluq bildirmişdi ki, “Müsəlman Birliyi” Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs saxlanıb. Onlar terrorda, qanunsuz silah əldə etmə və kütləvi iğtişaşlarda ittiham edilirlər. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və iki nəfərə hökm oxunub. Onlar 2 il 6 ay həbs cəzası alıblar.

Nardaran hadisələri zaman ikisi polis olmaqla yeddi nəfər həlak olmuşdu. Həmin hadisələr zamanı “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və onun tərəfdarları həbs edilmişdi.

Fuad Qəhrəmanlı isə həmin hadisələrdən təqribən iki həftə sonra tutulmuşdu.

Buna da bax: Fuad Qəhrəmanlının xanımı: «İnternetdə izlədim ki, evimə giriblər»

Günün bütün mövzuları

XS
SM
MD
LG