Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Oktyabrın 28-də Bakı İstintaq Təcridxanasında saxlanılan AXCP fəalı Fuad Əhmədliyə həbs olunandan bu yana ilk dəfə ailə üzvləri ilə görüş verilib.

Bu haqda vəkil Əsabəli Mustafayev məlumat verib.

Fuad Əhmədlinin doğmaları ilə görüşünə qadağanı istintaq qoymuşdu. Müdafiə tərəfi qərarı əsassız sayıb şikayət vermişdi.

F.Əhmədli avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları və antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürürmüş. İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd AXCP sədri Əli Kərimlini hədəf almaq olub

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG