Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:11

Əli Kərimlinin müavinindən ittihamlara reaksiya


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

►Fuad Qəhrəmanlı barədə üç aylıq həbs qərarı qüvvədə saxlandı

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsindən verilmiş sikayətə baxılıb.

Hakim Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib. İbtidai istintaq dövrü üçün Fuad Qəhrəmanlı barədə üç aylıq həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məhkəmədə Fuad Qəhrəmanlı özü də iştirak edib. Vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, Fuad Qəhrəmanlı məhkəmədəki çıxışında ittihamların absurd olduğunu, siyasi fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

Buna da bax: “Qaz pulunu vermişik, təkrar istəyirlər"

“İŞƏ O QƏDƏR FORMAL BAXIB Kİ...”

Fuad Qəhrəmanlı məhkəmədəki çıxışında ittihamların absurd olduğunu, siyasi fəaliyyətinə görə sifarişlə həbs edildiyini bildirib.

Vəkil də öz növbəsində Azadlıq Radiosuna açıqlamasında bildirib ki, Fuad Qəhrəmanlıya qarşı ittihamlar tamamilə əsassızdır:

“Fuad Qəhrəmanlı “Facebook”dakı statuslarında, sadəcə, ümumiləşdirilmiş formada qanunsuzluğa yol vermiş məmurları tənqid edib. İstintaq orqanı subyektiv mülahizələrinə əsaslanaraq, hesab edir ki, o yazılarına görə Fuad Qəhrəmanlı məsuliyyətə cəlb olunmalıdır. Halbuki, o yazılar verilən ittihamın təsiri altına düşmür, həmin maddələrin cinayət tərkibini yaratmır”.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində Fuad Qəhrəmanlı barədə həbs qərarı verilərkən işə formal baxılıb:

“Təsəvvür edin, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) maddəsilə ittiham irəli sürülüb, məhkəmə isə işə o qədər formal baxıb ki, öz qərarında Cinayət Məcəlləsinin 281.2-ci maddəsilə həbs qətimkan tədbiri seçib”.

Buna da bax: Biz sənə demişdik axı, ay manat...

AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDİLƏCƏK

Vəkil əlavə edib ki, Fuad Qəhrəmanlının həbsilə əlaqədar yaxın günlərdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq:

“Həbs qərarlarından şikayət üçün sonuncu instansiya apellyasiya məhkəməsidir. Ona görə də apellyasiya məhkəməsinin qərarını alandan sonra Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edəcəyik."

Xatırladaq ki, Fuad Qəhrəmanlı dekabrın 8-də həbs olunub. Ona qarşı "Facebook" səhifəsində yazdığı statuslara görə Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1-ci (dini, irqi, sosial,nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG