Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:59

►FTB terrorçunun iPhone-una girə bilmək üçün 1,3 milyon dollardan çox pul ödəyib

Federal Təhqiqatlar Bürosunun direktoru James Comey bildirib ki, FTB bu işi görmək üçün üçüncü tərəfə onun yeddi il dörd aylıq maaşından daha çox pul ödəyib.

FTB və ABŞ-ın Menecment və Büdcə İdarəsindən götürülmüş rəqəmlərə görə, 2015-ci ilin yanvar ayı üçün Comey-nin illik maaşı 183300 dollar olub. Hər hansı bir artım, yaxud bonus olmasa, Comey göstərilən müddət ərzində ümumilikdə 1,34 milyon dollar pul qazanacaq.

Bu isə onu göstərir ki, FTB haker işi üçün bu vaxta qədər elan etdiyi ən böyük məbləği ödəyib.

Londonda keçirilən Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı moderator Comey-dən terrorçunun iPhone-unun kodunu sındıra biləcək proqramı almaq üçün FTB-nin nə qədər pul ödədiyini soruşub. Cavab belə olub:

"Çox. Mənim bu vəzifədə olacağım vaxtın qalan hissəsi, yəni yeddi il dörd ay ərzində qazanacağımdan çox. Ancaq, məncə, o buna dəyərdi."

Mart ayında Ədliyyə Departamenti elan etmişdi ki, o, üçüncü tərəfin köməyilə San Bernardino terrorçusunun iPhone-una girə bilib və beləliklə də Apple Inc-ə qarşı məhkəmə işinə xitam verib.

___________________________________________________________

Bunlara da bax:
Vergiyığanlara "paket maaş" əvəzinə "maaşa əlavə"
Dronlar poçtalyona çevrilir- [Video]

___________________________________________________________

Comey deyib ki, FTB əldə etdiyi proqramdan IOS 9 əməliyyat sistemi ilə işləyən digər 5C iPhone-ları üçün də istifadə edə biləcək.

ABŞ-da 16 milyona qədər iPhone 5C istifadəçisi var. Apple-ın verdiyi məlumata görə, iOS-la işləyən qurğuların 84%-ində iOS 9 var.

Apple şirkəti FTB-nin ötən il dekabrın 2-də Kaliforniya ştatının San Bernardino şəhərində atışmada iştirak etmiş terrorçulardan biri olan Rizwan Farookun iPhone-una girmək üçün dəstək tələbini rədd etmişdi.

FTB ilə Apple arasında nəticəsiz bitmiş məhkəmə çəkişməsi texnologiya şirkətlərinin kod proqramlarının insanların şəxsi məlumatlarını qoruduğu, yoxsa ictimaiyyət üçün təhlükə yaratdığı barədə mübahisələrə və müzakirələrə səbəb olub.

Buna da bax: 15 jurnalistin adı cinayət işində

Günün bütün mövzuları

XS
SM
MD
LG