Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Fransa baş naziri: 'Müsəlman ruhanilər Fransada yetirilməlidir'


Cihadçıların silsilə hücumlarının ardından Fransa baş naziri Manuel Valls məscidlərin xaricdən maliyyələşdirilməsinə ötücü qadağa qoymağa hazır olduğunu bildirib. O, «Le Monde» qəzetinə müsahibəsindəİslamla yeni münasibətlər qurmağın zəruriliyindən söz açaraq deyib ki, imamlar (şiə İslamında mollalar –red.) başqa ölkələrdə yox, Fransada yetirilməlidir.

POLİSİN SƏHVİ?

Valls iyulun 26-da Normandiyada kilsəyə hücum çəkərək, 85 yaşlı keşişi qətlə yetirmiş caninin daha öncə şərti azadlığa buraxılmasını da polisin səhvi adlandırıb. Adel Kermish – 19 yaşlı bu cani elektron qolbaq gəzdirmək şərtiylə azad edilmişdi. Halbuki o,terrorçuluq suçundan hakim önünə çıxarılmalı idi.

Kilsəyə hücum çəkən 2-ci şəxsin Fransanın 19 yaşlı vətəndaşı Adel-Malik Nabil Petitjean olduğu dəqiqləşdirilib. O, «İslam dövləti» ekstremist qruplaşması xəbəragentliyinin yaydığı videoyazıda müsəlmanları Fransanı dağıtmağa çağırıb.

TƏNQİD HƏDƏFİNDƏKİLƏR

Baş nazir Manuel Valls və daxili işlər naziri Bernard Cazeneuve son yarımildə Fransada törədilən 3 iri terror aktını önləyə bilmədiklərinə görə dəfələrlə tənqid hədəfi olublar. Ötən ilin noyabr və bu ilin yanvar aylarında Parisdə, iyul ayında isə Nitsada qorxunc terror hücumları törədilib.

XS
SM
MD
LG