Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:30

Fransanın Minsk qrupundakı həmsədri dəyişir


Igor Popov, James Warlick, Pierre Andrieu
Igor Popov, James Warlick, Pierre Andrieu

Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişir.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Fransanın Azərbaycandakı səfirliyi də təsdiqləyib.

Həmsədr Pierre Andrieu-nü Stéphane Visconti əvəzləyib.

Lakin Stéphane Visconti-nin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı, hələlik, məlum deyil.

Stéphane Visconti daha əvvəl Fransanın Latviyadakı səfiri olub.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Minsk Qrupuna Fransadan başqa ABŞ və Rusiyadan da olan həmsədrlər daxildir. Rusiyadan həmsədr Igor Popov, ABŞ-dan isə James Warlick-dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG