Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54

Bakıda 2-ci Formula 1 yarışları 2017-ci il iyunun 16-dan 18-ə kimi keçiriləcək.

Bu haqda təşkilatçı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin saytı xəbər verir.

“2017 Formula 1 Avropa Qran Prisi”nin biletləri dekabrın 1-dən etibarən satışda olacaq.

Buna da bax:​ Azad Rəhimov: 'İslamiada-nın açılışı möhtəşəm olacaq'

Şirkət bildirir ki, satışa çıxarıldıqdan sonra ilk 2 ay müddətində bilet alan Formula 1 azarkeşlərindən ötrü qiymətlərdə 30 faizlik endirimlər ediləcək.

Biletlər şirkətin saytında onlayn qaydada satışda olacaq.

Azərbaycanda ilk Formula-1 yarışları bu il keçirilib.

Müxalifət belə yarışlara külli miqdarda vəsait xərclənməsini doğru hesab etmir. Onların fikrincə, yarışlara xərclənən pulların ölkə əhalisinin sosial ehtiyaclarına və yeni iş yerlərinin açılmasına sərf edilməsi daha düzgün olardı.

Buna da bax:​ «Formula-1» üzrə Avropa Qran-prisi başa çatdı

Rəsmilər etiraf ediblər ki, əgər qarşıdakı 4 ildə bu yarışlardan imtina edilsə əvvəlcədən elan edildiyi kimi Azərbaycan cərimə ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG