Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:37

►“O qənbər daşlarının üstünə xüsusi torpaq qatı, onun da üstünə asfalt qatı salınıb. Biz onu bu dəqiqə də yığışdırmağa hazırıq. Ancaq bundan ötrü dövlət qurumları qərar verməlidir”

Ötən həftəsonu Bakıda “Formula 1” Avropa Qran Pri yarışları keçirildi. Kvalifikasiya mərhələsində almaniyalı Nico Rosbergin birincilik qazanması ilə yadda qalan yarış Azərbaycan manatının zəifləməsi, neftin ucuzlaşması, Bakının mərkəzi yollarında nəqliyyatın iflic olması fonunda keçirilirdi.

Buna görə də belə bahalı tədbir birmənalı qarşılanmırdı. Yarış bitdi və hələ azı 4 il də Bakıda keçirilməlidir. Təşkilatçılar isə tənqidləri qəbul etmir.

AzadlıqRadiosunun suallarına Bakı Şəhər Halqası Əməliyyat Şirkətininmarketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai cavab verir:

– Bundan öncə də qeyd etmişik ki, müqaviləmiz var. Müqavilənin şərtlərinə görə, 5 il ərzində də bu yarış mütləq olaraq Bakıda keçirilməlidir. Dünənki Qran Pri başa çatandan sonra media nümayəndələri, komandalar yarışı çox müsbət qarşıladılar. Gələn ilki yarışların hazırlıqları dekabrdan başlayacaq. Gələn ilki yarışlar da yay aylarında olacaq. Dəqiq vaxtı isə dekabrda bilinməlidir.

– Bu yarışlardan hansı dərslər çıxardınız,nəyi eləsəydiniz və nələri etməsəydiniz, daha yaxşı olardı?

– Bu yarışlardan bizə qalan ən birinci miras məhz yerli komandanın bu yarışı keçirməsi idi. Çünki Bakı şəhər Halqası Əməliyyat Komitəsində, demək olar ki, 99 faiz işçilər yerli gənclər idi. Bu, bizə gözəl dərs oldu. Çünki “Formula 1” və Beynəlxalq Avtomobil Federasiyası dünyada ən uzunmüddətli idman layihəsinin təşkilatçlarıdır. Onlardan o təcrübəni öyrənmək bizim gənclər və komitədən ötrü çox önəmliydi. Bu yarışın keçirilməsində könüllülər və marşallar iştirak etdi. 1207 marşaldan min nəfəri azərbaycanlı idi. Onlar sırf gənc tələbələr yox, bir çox şirkətlərdə çalışanlar idi. Digər tərəfdən, böyük yarış idi. Biz gələn il bu yarışı daha yaxşı edəcəyik. Pilotlar Bakıdakı trassın nə qədər çətin və maraqlı olduğunu ancaq gələndən sonra bildilər.

– Növbəti yarışlar yenə şəhərin mərkəzində keçiriləcək, yoxsa kənarda? Çünki yarışın mərkəzdə keçirilməsi sakinlərə problemlər yaratmışdı.

– Biz sakinlərdən yaradılmış natahatlığa görə bir daha üzr istəyirik. Bəli, bu 3 gündə onlara müəyyən narahatçılıqlar var idi. Lakin digər tərəfdən, yarışın keçirilməsi ilə bağlı gördüyümüz və eşitdiyimiz pozitiv məlumatlar bizi bir daha inandırır ki, bütün bunlar ölkə üçün edilir. Bizim trassımız gələn il də şəhər treki olaraq qalacaq. Çünki bu format düşünülüb. Onu da deyim ki, şəhər trekinin müəyyən çətinlikləri olsa da, şəhərdən kənarda digər trassın tikilməsi kifayət qədər investisiya tələb edir. Bizdə artıq infrastruktur var. Tikilən bütün qurğular gələn il istifadə olunacaq. Pit binası, təhlükəsizlik baryerləri hamısı gələn ilə saxlanılacaq.

– Demək hələ azı 5 il bu durum davam edəcək?

– Bəli. Bu vəziyyətin də nəticəsində dünya Azərbaycanı bir daha görəcək. Turizm potensialının inkişafı baxımından Azərbaycana gözəl fürsətlər açılacaq. (ardı aşağıda)

Leyla Əliyeva Formula 1-i canlı izləyib

– Yarışlardan əvvəl xeyli mərkəzi yollar təmir olundu. İçərişəhərin Qala divarları yanındakı tarixi qənbər daşlı yollar asfaltlandı. Yarışın keçirilməsindən bir neçə ay əvvəl bildirmişdiniz ki, yarışdan sonra həmin asfalt söküləcək. Söküləcək, yoxsa o da gələn ilə qalacaq?

– Yollar elə qaydada hazırlanıb ki, onları istənilən məqamda yığışdıra bilərik. Çünki o qənbər daşlarının üstünə xüsusi torpaq qatı, onun da üstünə asfalt qatı salınıb. Biz onu bu dəqiqə də yığışdırmağa hazırıq. Ancaq bundan ötrü dövlət qurumları qərar verməlidir. Biz təşkilatçı olaraq, onu yığışdırmağı planlaşdırırıq. Dövlət qurumları bizə göstəriş verən kimi ona uyğun hərəkət edəcəyik.

– Yarışların uğurlu keçdiyini qeyd etdiniz. Bəs, nöqsanlar haqda nə deyə bilərsiz? Yəqin ki, tənqidləri eşidirdiniz.

– Əlbəttə, təşkilatçı olaraq, müəyyən halları özümüzə dərs götürdük. Amma yarış çox gözəl təşkil olunmuşdu. “Gələn il bunu başqa cür edərik” kimi dərslər götürdük. Ancaq sırf təşkilatçılıq, logistika, komandaların təşkili baxımından hər şey yaxşı idi. Bütün bunları azərbaycanlılar – bizim gənclər, bizim şirkətlər eləmişdi.

____________________________________________________________

Bunlara da bax:
'Formula 1' və çörək
Ruslar Qarabağ məsələsinin həllini necə görür- [Sorğu]

____________________________________________________________

– Biletlərin satışı ilı bağlı nə deyə bilərziniz? Nə qədər bilet satıldı, nə qədəri qaldı?

– Yarışı dünən gecə bitirmişik. Ona görə biletlər və auditoriya ilə bağlı ayrıca statistikanı yayacağıq. Çünki yarışı canlı və televiziya ilə izləyənlərin statistikasını toplayırıq. Yaxın vaxtda bu haqda məlumat yayacağıq.

– Ancaq çoxlu boş oturacaqlar ekranlardan da aydın görünürdü...

– Boş oturacaqlar test yürüşləri zamanı görünürdü. Eyni vaxtda “Formula 1” şəhərciyində insanlar kütləvi şəkildə əyləncələrə qatılırdı. 3 gün ərzində gündə 4-5 dəfə test yürüşləri keçirilirdi. Əlbəttə ki, səhər saat 10-dan 6-ya qədər insanlar orda oturmur, gəlib bir test yürüşünə baxıb gedib əyləncələrə qatılırlar. Çünki bizim 2 kilometlik böyük əyləncə mərkəzimiz vardı.

– Eyni zamanda yollarda, pilləkənlərdə hündür yerlərə çıxıb baxmaq istəyənlər də var idi. Həmin adamlar onlara yarışa baxmaqlarına şərait yaradılmadığından narazılıq edirdilər.

– “Formula 1” kommersiya layihəsidir. Bu, bütün dünyada belədir. “Formula 1”i izləmək istəyənlər bilet alıb baxanlardır. Yoxsa bilet almağın mənası olmazdı. İnsan əgər kənardan baxa biləcəksə, bilet almağa ehtiyac qalmayacaqdı. Ancaq digər tərəfdən, yarışı eyvanlardan kifayət qədər insanlar izləyirdi. Biz buna heç bir qadağa qoymamışdıq. Sadəcə, “Formula”nın qaydalarına görə həmin o trass baryerlərlə qapanmalıdır.

– Bu yarış çərçivəsində Bakıda dünya ulduzlarının konsertləri də keçirildi. Müğənnilərə ödənən qonorarlar da adamları çox maraqlandırır. Onlara nə qədər qonorar ödənmişdi?

– Qonorarları deyə bilmərik, bu, kommersiya sirridir. Hər bir ulduzla bağlanan müqavilənin şərtləridir. Bunu elan edə bilmərik. (ardı aşağıda)

Formula 1-in Azərbaycana faydası nə oldu? (SORĞU)

– “Hüquqlar uğrunda idman” koalisiyası bildirir ki, dəvət olunmuş müğənnilərdən Pharrel Williams dünənki konsertdə azadlıq çağırışları edib. Müğənni deyib ki, Azərbaycanda gənclər gələcəkdə dəyişiklik edəcəklər və «onları heç kəs dayandıra bilməz». Kolaisiya bildirir ki, «Bakıdakı bu coşqun çıxış «Hüquqlar uğrunda İdman» koalisiyasının xahişinə cavabdır. Koalisiya müğənnidən xahiş etmişdi ki, «Formula-1» Avropa Qran-prisindəki çıxışında insan haqlarından danışsın».Bu haqda nə deyə bilərsiniz?

– Biz yarışların idman tərəfi ilə məşğuluq. Ancaq qaranlıq otaqda qara pişik axtarmaq lazım deyil. Bu onun mahnısıdır. Bu mahnını da hər yerdə oxuyur. Mahnının da sözlərinə diqqət yetirilsə, o, gənclərə öz ağılları ilə fikirləşməyi tövsiyə edir. Mən burda heç bir siyasi kontekst görmürəm.

– Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları yarış ərəfəsində Bakıya gələn idmançıları və qonaqları hökumətin repressiv siyasətinə diqqət yetirməyə də çağırırdı. Bu, təşkilatçıları narahat edirdimi?

– Bu sualı Gənclər və İdman Nazirliyinə yönləndirsəniz, düzgün olar. Bizim işimiz yarışı təşkil eləməkdir. Düşünürəm ki, onu da gözəl təşkil elədik. Əlbəttə, biz ölkəni göstərmək istədik. Kommersiya layihəsi olaraq, turizm potensialına dəstək vermək istəyirik. Bizim işimiz idmandır, siyasət yox.

– Yarışlara çəkilən ümumi xərcləri hesablaya bilmisinizmi?

– Bununla bağlı da Gənclər və İdman Nazirliyinə da müraciət etmək doğru olar. Çünki orda bir çox xərclər və nüanslar var. Cənab nazir bunu öz müsahibələrində də bildirib.

Bakı Formula 1-dən bir gün sonra - FOTOLAR

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

Günün bütün mövzuları

XS
SM
MD
LG