Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:32

“Formula-1-ə görə gecəmiz-gündüzümüz yoxdur”


Bakıda Formula-1 yarışlarına hazırlıq
Bakıda Formula-1 yarışlarına hazırlıq

►Yarış ərəfəsində gecələr Bakıda fəhlələr işləyir, gənclərsə əylənirlər

Gələn ay Bakıda keçiriləcək “Formula 1” yarışları artıq paytaxtın gecə həyatına da daxil olub. İyunun 17-19-da şəhərin mərkəzində baş tutacaq yarışa hazırlıq, eləcə də müxtəlif əyləncələr çoxdan başlayıb.

Hava çoxdan qaralıb şər qarışsa da, “Formula-1”i təbliğ edən kiçik məkanda könüllülər gitara çalıb rəqs eləyirlər.

Gənclər simulyatorlarda əylənir, “Formula 1”in rəmzi kubokunu başları üstünə qaldırıb şəkil çəkdirirlər.

Tələbə: "Elə evdə oturub baxarıq da..."
Gözlə

No media source currently available

0:00 0:00:15 0:00

Tələbə Vüqar Axundlu deyir ki, yarışların bileti baha olduğundan canlı izləyə bilməyəcək. Ona görə “Formula-1”-i əyləncə yerində hiss eləmək istəyir:

“Doğma şəhərimdə ilk dəfə belə yarış keçiriləcək. Tələbəyəm, bilet almağa imkanım yoxdur. Ancaq yaxşı ki, burda iştirak etməyə, əylənməyə imkan var. Biz də yarışı bu cür yaşayırıq. Baxmağa gəlincə, televizorda baxacağam”.

Əyləncə yerindəki hədiyyəli yarışlarda qaliblərə “Formula 1” qolbaqları hədiyyə olunur. Bir neçə ay əvvəl yarışın təbliğatı tədbirlərində bu qolbaqlar şəhər əhalisinə pulsuz paylanırdı.

Gecə-gündüz iş gedir

Əyləncə mərkəzindən bir az aralıda “Formula 1”-in afişalarını quran fəhlələr işləyir. Bundan başqa yarışların əsas izlənmə yeri sayılan Azadlıq meydanına oturacaqlar, Yusif Səfərov küçəsində isə yarışın iri reklamı – “Formula 1”-in rəmzi maşını quraşdırılır.

Gecə saatlarında işləyən fəhlələr deyir ki, yarışa bir neçə gün qalmışa qədər hər şey hazır olmalıdır. Buna görə onlara gecə-gündüz işləmək tapşırılıb. Adını çəkmək istəməyn fəhlələrdən biri növbəli iş rejimində işlədiklərini söyləyir. Ancaq gecə işinə görə onlara aldıqları maaşdan əlavə pul yazılmadığını deyir:

“Gecə işləyirik, daha çətindir. Əlavə maaş versəydilər, əlbəttə, yaxşı olardı. Ancaq buna da şükür”.

Özünü iş icraçısı kimi təqdim edən şəxsin sözlərinə görə, hazırda gecə işləmək zəruridir. Çünki gündüz gərək hərəkət tamamilə dayansın:

“Nəqliyyatın hərəkətinə görə gecə işləmək daha əlverişlidir”.

Keçən ilki birinci Avropa Oyunları ərəfəsində də şəhərdə gecə-gündüz hazırlıq işi gedirdi.

“Gecə işləyənlərə əlavə ödəniş olmalıdır”

Sahib Məmmədov
Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, əmək qanunvericiliyinə görə, gecə növbəsində işləmək qanunla tənzimlənir.

Ancaq əmək müqaviləsi bağlanmalı, buna görə əlavə ödənişlər olmalıdır:

Sahib Məmmədov: "Gecə işinə görə əlavə pul ödənməlidir"
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

“Axşam saat 22.00-dan səhər saat 6-ya qədər gecə növbəsi sayılır. Buna görə əlavə ödəniş olunmalıdır. Bu qanunvericiliyə əməl olunub olunmaması isə başqa məsələdir”.

Fəhlələr isə əmək müqaviləsi haqqında bir söz demək istəmədilər.

Bakı şəhər icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov işlərin qrafikə və qanuna uyğun getdiyini söyləyir:

Xalid Ələkbərov: "Formula-1-in hazırlıqları qrafik üzrə gedir"
Gözlə

No media source currently available

0:00 0:00:06 0:00

“İşlər gecə-gündüz, qrafiklə gedir. Hər şey qaydasındadır. Heç bir problem yoxdur. İşlər necə planlaşdırılıb, elə də gedir”.

Bakı Şəhər Halqasından verilən məlumata görə, bu günlərdə şəhər əhalisi daha bir əyləncəni də izləyə biləyəcək.

Mayın 29-da Azərbaycanın gənc “Formula 3” pilotu Gülhüseyn Abdullayev GP3 seriya yarışlarına məxsus avtomobildə Bakı Şəhər Halqasını 3 dəfə dövrə vurub treki sınaqdan keçirəcək. Sınaq yürüşü isə gecə yox, mayın 29-da, səhər saat 10-da baş tutacaq.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunda (26 may)

Zərdüşt Əlizadə: "Xədicə İsmayıl qazandı, hökumət uduzdu"
Günün əsas xəbərləri Azadlıq Radiosunda (26 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (26 may)

Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00
XS
SM
MD
LG