Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:43

«Formula-1»ə akkreditasiya başlayır


Formula-1
Formula-1

-

Bakı Şəhər Halqası (BŞH) yerli KİV üçün «Formula-1» Avropa «Grand Prix»inin akkreditasiya qaydalarına həsr olunmuş seminar keçirib. Xəbəri APA yayıb.

Seminarda akkreditasiya prosesi haqda məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi martın 1-dən sonuna kimi davam edəcək. Akkreditasiya onlayn qaydada, BŞH-in rəsmi internet saytında - bakucitycircuit.com vasitəsi ilə həyata keçiriləcək.

Müraciət edən KİV çap mətbuatdırsa, ictimai satışda olmalıdır. KİV-in gündəlik və həftəlik tirajına baxılacaq. Daimi akkreditasiya yalnız «Formula-1» mövsümünün bütün yarışlarını mütəmadi işıqlandıran jurnalistlər üçün nəzərdə tutulub. Hər hansı bir mətbuat orqanı üçün bir qayda olaraq 1 nəfər jurnalist və 1 nəfər fotoqraf akkreditasiya oluna bilər.

Vebsaytlar üçün də akkreditasiya tələbləri var. Saytlar peşəkar səviyyəli olmalı, müraciət edən saytın idman jurnalisti olmalıdır.

Seminarda onlayn müraciət forması ilə yanaşı, tələb olunan 4 sənəd skan olunaraq elektron şəkildə təqdim edilməlidir:

«Bunlar rəsmi blank kağızında tərtib olunan və yalnız baş redaktorun imzaladığı müraciət məktubudur. Bu məktubda qurumun baş redaktoru jurnalistin hər hansı formada FİA akkreditasiyasına müraciət etməyəcəyinə və yarışla bağlı məqalələrin dərcinə dair öhdəlik götürür. Bundan başqa, jurnalist-fotoqraf vəsiqəsi, ağ fonda pasport ölçülü (3x4) peşəkar fotoşəkil təqdim edilməlidir. Üstəlik akkreditasiya müraciət gününədək nəşr olunan məqalənin scan və ya skrinşot forması təqdim edilməlidir».

XS
SM
MD
LG