Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01

►“Filarmoniyanın yanındakı döngənin təhlükəli olduğu deyilir və orda bu gün artıq bir qəza da baş verdi”

İyunun 17-də“Formula 1” üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə 3 pilot trekin 16-cı döngəsində sola dönməli olduqları halda düz istiqamətdə hərəkət ediblər və yolun bağlı olduğunu görüblər. Məlumatı “Report” portalı yayıb.

"Haas" komandasının pilotu Esteban Qutyerres, "Renault"un pilotu Kevin Maqnussenvə "Red Bull" komandasının pilotu Daniil Kvyat bir-birindən xəbərsiz eyni problemlə üzləşiblər.

“DÖNGƏLƏRİN TƏHLÜKƏLİ OLDUĞU DEYİLİR”

Bəzi idman ekspertləri test yürüşlərində bunu normal saysalar da, bəziləri baş verənlərə şübhəylə yanaşırlar. “Futbol plyus” qəzetinin reportyoru Sərxan Musayev də birmənalı fikir söyləməkdə çətinlik çəkir:

“Test yürüşlərində belə hallar olur. Bu gün birinci dəfədir treklə əyani tanış olublar. Buna görə də yolları səhv sala bilərdilər. Amma buna yenə də yüksək səviyyəli mütəxəssis cavab verə bilər ki, bu, treki quranların səhvidir, ya yox. Bəlkə də döngələrin yerini yaxşı müəyyənləşdirməyiblər. Düzdür, bəzi pilotlar artıq treklərin qurulmasından narazılıq ediblər. Elə son iki ilin çempionu Lyuis Hemilton trekdən narazıdır və o trekin həddən artıq düz olmasını qeyd edib. Bəzi pilotlar isə hesab edirlər ki, təhlükəsizlik yetərincə nəzərə alınmayıb. Döngələrin təhlükəli olduğu bildirilir. Məsələn, Filarmoniyanın yanındakı döngənin təhlükəli olduğu deyilir və orda bu gün artıq bir qəza da baş verdi”.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

“BAŞI ÇIXMAYANLAR YAZIR Kİ, YOLU SƏHV SALIBLAR”

“F -1.az” saytının redaktoru, Avropa Qran-prisinin Azərbaycandakı səfiri Rəhim Əliyev pilotların azmadığını bildirir:

“Tras qoruyucu baryerlərlə əhatə olunub, döngəni səhv salmaq mümkün deyil. Sadəcə, enişdə çox sürətlə gəldiklərindən döngəyə girə bilməyəndə düz gediblər, – bu yola təhlükəsizlik cibi deyilir, – ora giriblər. Formula 1-dən başı çıxmayanlar yazır ki, “yolu səhv salıblar”. Adi avtomobildə də elə olur, dönə bilməyəndə düz gedirsən”.

​Rəhim Əliyev ilk yarışlarda bu cür hadisələrin baş verməsini normal sayır:

“Çünki yollar tozludur, ilk sessiyalarda belə şeylər olur. İyunun 18-də yarışlar başlayana qədər orda bir neçə dövrə vurulacaq və təkərlərdən ayrılan rezin qatı asfalta yapışdıqca təkərin asfaltla ilişməsi də artacaq. Bu Formula 1-in qaydasıdır, adi haldır”.

O ki qaldı, Hemiltonun treki bəyənməməsi haqqında söylədiklərinə, Əliyev idmançının fikirlərinin kontekstdən çıxarıldığını düşünür:

“Bu adam şəhər tipli trasları xoşlayır. “Şəhər tipli tras” dedikdə ağla gələn də Monako trasıdır. Yəni bu cür traslarda 200-300 metrdən bir döngələrdir. Bizim şəhərin quruluşu elədir ki, yollarda uzun düzlüklər var, bu da Hemiltonun xoşuna gəlməyib. Ona görə də deyib ki, magistral kimi düzlük var”.

Ekspert təhülkəsizliklə bağlı narazılıqlara da toxunub. Onun qənaətincə, əgər təhlükəsizlik təmin edilməsydi, bu gün “Formula 1” baş tutmazdı.

“Formula 1” iyunun 17-dən 19-dək Bakıda keçirilir. Bu yarışlara hökumətin 300 milyon manat pul xərclədiyi deyilir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər

Günün bütün mövzuları

XS
SM
MD
LG