Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

-

Bakıda keçiriləcək «Formula-1» üzrə Avropa Qran-prisinin konsert proqramına xaricdən gələcək müğənnilərin adları açıqlanıb.

«Report» xəbər verir ki, konsert proqramında Chris Brown, Enrique Iglesias və Pharrell Williams iştirak edəcək.

Onlar «Formula-1» şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında ardıcıllıqla çıxış edəcəklər. İyunun 17-də Chris Brown, iyunun 18-də Enrique Iglesias, iyunun 19-da isə Pharrell Williams-ın çıxışı gözlənilir.

Konsertə giriş ödənişsizdir. Proqrama yalnız Avropa Qran-prisinə bilet alanlar qatıla biləcəklər.

Bakıda «Formula-1» yürüşləri bu il iyunun 17-19-da təşkil olunacaq. Bu yarışlar 2021-ci ilə kimi hər il keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG