Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

Serengeti zooparkındakı fil Avropa Futbol Çempionatında Almaniyanın Ukrayna üzərində qələbə çalacağını proqnozlaşdırıb

Associated Press agentliyi xəbər verir ki Nelly adlı “ekstrasens fil” Avropa Futbol Çempionatında Almaniya komandasının ilk oyunda qələbəsinin “proqnozunu verib”.

Dünya Kubokunu iki il əvvəl qazanmış Almaniya millisi Euro 2016 birinciliyinin favoritlərindəndir və az sonra keçiriləcək ilk oyunda Lil şəhərində Ukrayna yığması ilə qarşılaşacaq.

Xəbər verilir ki, Nelly Almaniyanın qələbəsini onun üçün Almaniyanın şimalındakı zooparklardan birində quraşdırılmış iki qapıdan birinə “qol vurmaqla” müəyyən edib.

Qapılardan biri Almaniya, digəri isə Ukrayna üçün qurulmuşdu. Nelly-nin vurduğu top Ukraynanın qapısından keçib.

Serengeti zooparkının mətbuat katibi Asta Knoth deyib ki, o, altı yaşlı “ledi Nelly-nin” C qrupu üçün verdiyi proqnoza inanır.

Bu da xəbər verilir ki, Nelly 2014-cü ilin Dünya Çempionatı zamanı da bu sayaq “fala baxmışdı”.

XS
SM
MD
LG