Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Şair, publisist, ssenarist Fikrət Sadıq noyabrın 16-sı səhər saatlarında 86 yaşında vəfat edib.

Bu barədə AzadlıqRadiosu-na mərhum şairin yaxınları məlumat verib.

Dəfn bu gün - noyabrın 16-da saat 15-də olacaq.

Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərinin “Sarıtorpaq” məhəlləsində doğulub. 1975-ci ildən ömrünün son gününədək Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyib.

Buna da bax:​ Fikrət Sadıq Şəhriyarın şeirinə özündən beyt əlavə edib...

O, Azərbaycanın əməkdar mədəniyyət işçisi və Azərbaycan Dövlət Mükafatı laureatıdır.

Fikrət Sadıqın bütün ölkədə geniş yayılan şeirlərindən biri, elə ölüm günü arzularından bəhs edir. Şerin ilk misraları belədir.

Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG