Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

►Noyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası göstəriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tamaşanın özəlliyi bu tamaşada ilk dəfə Gülçöhrə rolunda xalq artisti Fidan Hacıyevanın çıxış etməsidir.

Nazirlik inanır ki, teatrıın səhnəsində indiyədək Karmen (“Karmen”), Amneris (“Aida”), Azuçena (“Trubadur”), Rozina (“Sevilya bərbəri”), Gülüş (“Sevil”), Asya (“Arşın mal alan”), Xanəndə qız (“Koroğlu”) və s. rol və partiyaları yüksək peşəkarlıqla ifa edən Fidan Hacıyevanın yeni rolu da uğurlu alınacaq.

Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.

Buna da bax: Pənah Hüseynin dairəsi ilə bağlı qərar verildi

Əsgər rolunda Fərid Əliyev, Xala rolunda Gülüstan Əliyeva, Soltan bəy rolunda Yadigar Muradov, Süleyman rolunda Tural Ağasıyev, Telli rolunda Gülyaz Məmmədova, Vəli rolunda Ələkbər Əliyev çıxış edəcəklər.

1998-ci ildə rejissor Hafiz Quliyevin quruluşunda səhnələşdirilmiş “Arşın mal alan” 17 ildir teatrın repertuarındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG