Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Fövqəladə Hallar nazirliyi optimallaşdırılır, yəni…


FH naziri Kəmaləddin Heydərov

FH naziri Kəmaləddin Heydərov

Prezident İlham Əliyev noyabrın 7-də «Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» fərman imzalayıb.

Sənədə əsasən, Fövqəladə Hallar nazirliyinin iki qurumunun bazasında birində Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb.

«Ciddi ixtisarlar olacaq»

Fərmanda Fövqəladə Hallar nazirliyinə «fəaliyyətini optimallaşdırmaq barədə» təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırığının verilməsi ekspertlərin diqqətini çəkib.

Buna da bax:​ Kəmaləddin Heydərov: «General olsa belə, cəzalandırılacaq»

Onlar 2006-cı ildə - ölkəyə neft pullarının təzə-təzə axışmağa başladığı dövrdə yaradılan nazirliyin fəaliyyətinin optimallaşdırılması ideyasının dövlət büdcəsi vəsaitlərinə qənaət etmək zərurətindən qaynaqlandığını düşünürlər.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, gələn il FHN-də ciddi ixtisarlar olacaq və optimallaşdırma da bu anlama gəlir.

FHN güc orqanı olduğundan, onun aparat və strukturuna daxil qurumlarda işçi sayı açıqlanmır.

«FHN-ə ehtiyac yoxdur»

Bir başqa iqtisadiyyat mütəxəssisinin - Qubad İbadoğlunun qənaətinə görə, Azərbaycan kimi ərazisi kiçik və sabit iqlim dəyişiklikləri müşahidə olunan ölkələrdə FHN-ə ehtiyac yoxdur və nazirlik, optimallaşdırma addımı olaraq, dövlət xidməti səviyyəsində saxlanılsa, yetərlidir.

Buna da bax: Kəmaləddin Heydərovun 'dayısı oğlu' məhkəmə qarşısında

İqtisadçı ekspert Nazim Bəydəmirli də idarəetmə və dövlət xərclərinin azaldılması tərəfdarıdır: «Gümanımca, bu istiqamətdə islahatlar davam etdiriləcək. Təkrar strukturların ləğv olunaraq birləşdirilməsini, eyni zamanda dövlət büdcəsinə qənaət baxımından Nazirlər Kabinetinin yarıbayarı azaldılmasını, baş nazir müavini postlarının 6-dan 2-yə endirilməsini təklif edirəm».

Büdcədən ildə 175 milyon manat alır

2016-cı ildə nazirlik və qurumlarının saxlanmasına dövlət büdcəsindən 150 milyon manata yaxın vəsait ayrılıb. FHN, üstəlik, fövqəladə halların aradan qaldırılması üçün 25 milyon manat büdcə vəsaitini də yönəldir. Qurum hər il dövlət investisiya proqramı üzrə təyinatı açıqlanmayan on milyonlarla manat alır. Nazirliyin saytında bu vəsaitlərin istifadəsi haqqında məlumat yoxdur.

Buna da bax:​ 77 nəfər təxliyə edilib

Ən iri dövlət qurumlarından biri

Nazirliyin strukturuna mülki müdafiə qoşunları, bir neçə dövlət xidməti və agentliyi (yanğından mühafizə, yanğın nəzarəti, material ehtiyatları, su ehtiyatları, tikintidə təhlükəsizliyə nəzarət, sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti, nüvə və radioloji fəaliyyətin tənzimlənməsi və s.), ümumiyyətlə 20-dən çox qurum daxildir. Nazirlik 750 min ton buğda ehtiyatı olan Dövlət Taxıl Fondunu da idarə edir.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG