Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Allahşükür Paşazadə Fetullah Gulənlə mübarizədən danışır...


Allahşükür Paşazadə

Allahşükür Paşazadə

-

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında iştirak edib.

*Youtube Kanalımıza abunə ol və yeni videoları izlə

Türkiyənin Anadolu Agentliyi yazır ki, konfransda çıxış edən Şeyxülislam bildirib ki, «əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır».

Allahşükür Paşazadə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyib:

«Azərbaycan xalqı və dövləti olaraq Türkiyənin yanındayıq. 15 iyul gecəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük imtahan oldu. Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident R. T. Erdoğanın liderliyi ilə bu imtahandan qalib çıxdı. FETÖ ilə mübarizəmiz davam edəcək».

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, 15 iyul çevriliş cəhdinin arxasında Fətullah Gülen durur.

Prezident Racep Tayyip Erdogan Gülene məxsus biznes qurumlarının gəlirdən məhrum ediləcəyini bildirib.

Qiyam vaxtı 250-dən çox adam ölüb, 2 minədək adam yaralanıb.

Bundan sonra ölkədə 10 minədək adam saxlanıb, 70 minədək hərbçi, hakim və digər dövlət qulluqçusu işdən kənarlaşdırılıb.

Həmçinin baxın - Youtube Kanalımızda olan yeni videoları izləyin:

Günün bütün mövzuları

XS
SM
MD
LG