Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:33

Fermerlərə 82 milyon subsidiya


Kombayn
Kombayn

Kənd Təsərrüfatı Nazirliyinin subsidiyalar üzrə komissiyası əkinçiliklə məşğul olan fermerlərə subsidiyalar verilməsi ilə bağlı qərar qəbul edib.

«Turan»ın xəbərinə görə, subsidiyaların ümumi həcmi 82 milyon 372 min manat təşkil edir.

Komissiyanın məlumatında qeyd edilir ki, 385 247 subyekt 1 milyon 231 min 262.2 hektar sahədə buğda, çəltik, pambıq, tütün əkininə və yanacağa görə subsidiya alacaq.

Nazirlik subsidiyaların «Kapital Bank»ın rayon filialları vasitəsilə plastik kartlarla fermerlərə ödənilməsindən ötrü sənədləri Maliyyə Nazirliyinə təqdim etdiyini bildirib.

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır.

Buğda, çəltik, pambıq, tütün əkininə görə də qeyd edilən məbləğə 40 manat əlavə edilir. Bu ildən etibarən hər yetişdirilən 1 kq baramaya görə isə 2 manat yardım verilməlidir. Bu il 70 ton barama istehsal edildiyi bildirilir.

Azərbaycan fermerləri əkin sahəsinin becərilməsinə görə onlara çatası dövlət yardımını hələ iyulun 20-dən almalı idilər. Amma bu proses gecikirdi.

XS
SM
MD
LG