Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:12

Deputat Fərəc Quliyev: Ya da qərara yenidən baxılmalıdır


Fərəc Quliyev, yanvar 2011
Fərəc Quliyev, yanvar 2011

“2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı çıxışımda da bu

qiymət artımını əleyhinə olmuşam”. Deputat Fərəc Quliyev Tarif Şurasının noyabrın 28-də qazın və elektrikin qiymətlərinin artırılmasına aid qərarına münasibətini “Azadlıq Radiosu”na belə ifadə edib.

Onun fikrincə, bu, təbii inhisarçıların istəyinə uyğundur. F.Quliyev deyir ki, bu, neft bumu dövründə ölkəyə 150 milyard dollar vəsaitin daxil olmasına baxmayaraq hökumətin işləyə bilməməsinin göstəicisidir:

Qaz peçi
Qaz peçi

“Bu ondan xəbər verir ki, hökumət qeyri-neft sektorunun inkişafı üçün fəaliyyət göstərməyib, odur ki, bu sahə də bərbad gündədir”. Deputata görə, hökumət ümidini ancaq nə vaxtsa neftin qiymətinin qalxacağına bağlayıb.

Onun fikrincə, qiymətlər qaldırılmazdan öncə, kompensasiya xarakterli bəzi addımlar atılmalı idi, büdcə təşkilatlarında işləyənlərin, ilk növbədə isə həkimlərin, müəllimlərin maaşları artırılmalı idi. Deputat bildirir ki, qaz və elektirk istehsalından istifadə istehlak səbətini təşkil edən 585 adda məhsullar sırasına daxildir. Odur ki, burada qiymətlər qaxırsa, bu qalxmaya uyğun həcmdə istehlak səbətində də ciddi artımlar olmalıdır. “Hesab edirəm ki, bu, tələsik verilən qərardır və yerində deyil, odur ki, ya xalqın pul gəlirləri atrırılmalıdır, ya da bu qərar yenidən baxılmalıdır”.

Noyabrın 28-də Tarif Şurası bəzi kommunal xidmət haqlarının "şaxələndirilmiş ödəməsisteminin" tətbiq edilməsi haqqında qərar qəbul edib.

Əhali illik 1500 kubmetr həddi keçmədiyi təqdirdə qazın hər kubmetrinə görə 10 qəpik, bundan artıq hissəsinə 20 qəpik ödənişedəcək. Bu dəyişiklik yanvarın 1-dən qüvvəyəminəcək.

Aylıq məsrəf 250 kwt/saat elektrikə görəqiymət 7 qəpikdir. Dekabrın 1-dən bundan artıq sərfiyyat isə 11 qəpikdən hesablanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG