Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:04

Quş Mançesterə gedən Fenerbahceni Budapeştə endirdi


Budapeşt hava limanı

Budapeşt hava limanı

Britaniya mətbuatı xəbər verir ki, Türkiyənin Fenerbahce klubunu Britaniyaya aparan təyyarə quşla toqquşduqdan sonra təcili enməli olub, amma komanda az sonra səfərinə davam edib.

Fenerbahce Avropa Liqasının oyunları çərçivəsində İngiltərənin Manchester United klubu ilə qarşılaşmalıdır.

Xəbər verilir ki, çarter reysi ilə İstanbuldan havaya qalxan təyyarə insidentdən sonra Macarıstan paytaxtı Budapeştdə təcili eniş etməli olub.

Komanda üçün İstanbuldan başqa təyyarə göndərilib və oyunçular Mançester şəhərinə səfərlərini davam etdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG