Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:59

Fənərbaxça-Lokomotiv: Rus azarkeşləri polis müşayiət edəcək


-

Fevralın 16-da futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayır.

İlk oyun günündə bir görüş keçirilir.

Türkiyənin "Fənərbaxça" klubu doğma meydandaMoskvanın "Lokomotiv" komandasını qəbul edir.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, 1/16 final mərhələsinin qalan oyunları fevralın 18-də keçiriləcək.

TASS-n “Lokomotiv” klubunun mətbuat xidmətinə istinadla verdiyi məlumatına görə, rusiyalı azarkeşləri stadiona aparacaq avtobusları polis müşaiyət edəcək.

“Fənərbaxça” azarkeşlərini oyun vaxtı meydanda siyasi şüralar səsləndirməməyə çağırıb.

Ötən ilin noyabrında Avropa liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Beşiktaş”-“Lokomotiv” görüşündə polis qonaq komandanın azarkeşlərini müşaiyət etməkdən imtina eləmişdi.

Amma bu dəfə avtobuslar stadiona polis müşaiyətilə gedəcək, bundan başqa avtobuslarda klubun təhlükəsizlik xidmətinin əməkdaşları olacaq.

Məlumata görə azarkeşləri aparan avtobus “Marriott Asia” otelindən yerli vaxtla 16:30-da çıxacaq və onların sayı 100-dən çox deyil.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb.

Türkiyə təyyarənin onun hava hüdudlarını pozduğunu deyir. Moskva isə onun Suriya ərazisində vurulduğunu təkid edir.

Minlərlə suriyalı Yunanıstan torpaqlarında əbədi olaraq qalacaq
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG