Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

Parisdə keçirilən məclisə çadrada daxil olan 25 və 31 yaşlı iki fəal qəflətən çadralarını atıblar.

Femen qadın haqları təşkilatından iki fəal sentyabrın 13-də Parisdə müsəlmanların qadınlara həsr edilmiş konfransını pozub.

Qərb mediasının xəbərlərinə görə, qadınlar müsəlman konfransına döşləri açıq halda daxil olandan bir qədər sonra polis tərəfindən həbs ediliblər.

Feminist qrupun sözçüsü Inna Shevchenko deyib ki, bu konfransda “iki təməlçi vaiz “qadınları döymək olarmı” mövzusunda nitq etməli idi”.

“Mən öz mülkiyyətiməm”

Məclisə çadrada daxil olan 25 və 31 yaşlı iki fəal gözlənilmədən çadralarını atıblar. Onlardan biri sinəsinə “Məni kimsə tabe etdirə bilməz”, digəri isə “Mən öz mülkiyyətiməm” yazmışdı.

Qadınlar natiqin əlindəki mikrofonu almış, ərəb və fransızca feminist şüarlar səsləndirmişlər. Bunun ardınca səhnəyə çıxan 15-dək kişi onları qamarlayaraq polisə təslim ediblər.

Hadisənin videosunda kişilərdən birinin qadını vurduğu görünür.

Sərbəst buraxılıblar

Xanım Shevchenko-nun dediyinə görə məclisin iştirakçısı olan kişilər “iyrənc fahişlər” və “öldürün onları” kimi təhqir və hədə yağdırıblar.

Qadınlar polis məntəqəsində dindirildikdən az sonra sərbəst buraxılıblar, lakin konfrans təşkilatçıları qadınların məsuliyyətə cəlb olunmasına çalışaqcaqlarını vəd ediblər.

Fransa mətbuatı yazır ki, bu konfransda çıxışçılar qadınları üzlərini örtməyə çağırır, əks halda cəhənnəm odunda yanacaqları ilə qorxudurdular.

Müsəlmanların bu tədbiri barədə sosial mediada əvvəlcədən xəbərlər çıxdığına görə, onun qarşısının alınması üçün feministlərin tərtib etdiyi petisiyanı 6 min nəfər imzalamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG