Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:51

ABŞ Mərkəzi Bankının – Federal Ehtiyat Sisteminin (FED.) sədri Janet Yellen-in maliyyə bazarlarının maraqla gözlədiyi çıxışı baş tutub. Cekson-Houl şəhərində konfransda çıxış edən J.Yellen iqtisadiyyat FED-in hədəflərinə yaxınlaşdıqca, faiz artımından ötrü səbəblərin də gücləndiyini qeyd edib.

Məşğulluqdakı yüksəlişə və iqtisadi aktivliyə diqqət çəkən FED rəhbəri növbəti aylarda faiz artımı ehtimalının böyüyəcəyinə inanır.

«MƏRHƏLƏLİ ARTIM» VURĞUSU

İqtisadiyyatın FED-in məşğulluq və inflyasiya hədəflərinə yaxınlaşdığını söyləyən J.Yellen bildirib: «İqtisadiyyat böyüməkdədir, xərclər sağlamdır. Açıq Bazar Komitəsi (FOMC) önümüzdəki bir neçə ildə inflyasiyanın 2 faizə yüksələcəyini, iqtisadiyyatda mülayim artımın davam edəcəyini gözləyir. Bu iqtisadi mənzərəyə əsaslanaraq, FOMC zamanla mərhələli faiz artımının uyğun olduğunu düşünür».

Buna da bax-'Dollar bahalanmaqda davam edəcək'

J.Yellen ayrıca pul siyasətinin öncədən təyin olunmadığını, göstəricilərə görə dəyişdiyini bildirib.

FED təxminən 10 illik fasilədən sonra ötən ilin dekabrında uçot dərəcəsini artırmışdı. Bundan bir neçə gün sonra manat dollara qarşı il ərzində ikinci dəfə dəyər itirdi.

FED üzvlərinin yeni bir faiz artımı olacağına dair açıqlamalarına baxmayaraq, bu ilki 5 yığıncaqda dərəcə qaldırılmadı. FOMC sentyabrın 20-21-də keçiriləcək növbəti toplantısında məsələni bir daha müzakirəyə çıxaracaq.

XS
SM
MD
LG