Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Fəallar Xədicənin ailəsinə baş çəkib


Teaser page -- Khadija/ Evgeny Drabkin for currenttime.tv

Teaser page -- Khadija/ Evgeny Drabkin for currenttime.tv

Həbsdən şərti azadlığa buraxılan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus martın 13-də jurnalist Xədicə İsmayılın anasını ziyarət ediblər. Jurnalist Aynur İmran və daha bir neçə ictimai fəal da onlarla olub. Bu barədə Aynur İmran özünün facebook səhifəsində xəbər yayıb. O, öz səhifəsində həmçinin Leyla Yunusun Xədicə İsmayıl və ölkənin indiki vəziyyəti haqda qısa video çıxışını da paylaşıb.

Həmin çıxışında Leyla Yunus “ belə qəhrəman qız böyütdüyünə görə Xədicə İsmayılın anası Elmira xanıma təşəkkür edirəm ”-deyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG