Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Lənkəranda polis məscidi mühasirəyə alıb


Polis
Polis

-

Noyabrın 26-dan 27-nə keçən gecə Lənkəranda ilahiyyatçı Seyyid Elman Ağazadənin həbsinə cəhd olub. «Turan»ın məlumatına görə, bundan sonra onun tərəfdarları«Həzrət Abbas» məscidinin həyətində toplaşıb, polis isə məscidi mühasirəyə alıb.

Lənkəran İcra Hakimiyyətinin nümayəndələri və tərəfdarlar arasında danışıqlar aparılıb. Danışıqlardan sonra icra nümayəndəsi Lənkəran ilahiyyatçıları və inanclılarına E.Ağazadənin həbs olunmayacağını vəd edib.

Məscidə toplaşanlar bundan sonra dağılıblar. Lənkərandakı mənbələr E.Ağazadənin evində olduğunu da nəzərə çatdırıblar.

«Turan»ın mənbəsi bunu da deyib ki, bəzi dindarlar hüquq—mühafizə orqanlarının əməliyyat keçirmə ehtimalından şübhələndikləri, Nardaran olayının Lənkəranda təkrarlana biləcəyindən ehtiyatlandıqları üçün dağılıblar.

Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb.

XS
SM
MD
LG