Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

-

Konstitusiyaya təkliflər daha çox ölkənin təhlükəsizliyinə, hakimiyyət xaosunun yaranmamasına hesablanıb”, millət vəkili Fazil Mustafa belə düşünür.

AzadlıqRadiosuna açıqlamasında o deyir ki, məqsəd hər hansı hakimiyyət boşluğu yarandığı təqdirdə bu riskin dərhal aradan qaldırılması istəyidir:

“Görünür, Türkiyədəki son hadisələrdən sonra Azərbaycanda da belə bir situasiya yaşanmasın deyə belə bir təşəbbüs irəli sürülüb. Fikrimcə, indiki vəziyyətdə bu, doğru addımdır. Çünki demokratiyadan da öncə ölkədə hər hansı xaosun baş verməməsi üçün düşünmək lazımdır”.

Buna da bax: Konstitusiya Məhkəməsi referendumu mümkün saydı

“Bu təkliflərə Türkiyə olayları təsir edib”

Ölkə prezidentinin Konstitusiyaya dəyişik təklifləri Türkiyədəki hərbi çevrilişə cəhddən iki gün sonra ortaya çıxdı. “Bu təkliflər iki gününmü məhsuludur”, sualının cavabında Fazil Mustafa deyir ki, o, təkliflərin məhz Türkiyə olaylarından sonra, qısa zaman kəsiyində hazırlandığını düşünür. Millət vəkili əlavə edir ki, burda söhbət ölkədə idarəetmə boşluğu yaranarsa, çevik əvəzləmə mexanizminin qurulmasından gedir:

“Demokratiya prizmasından bu məsələlər barədə geniş müzakirə açmaq olar, amma indi əsas məsələ təhlükəsizlik olduğundan bunu da məhz bu yöndən qiymətləndirmək lazımdır”.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

“Antitəbliğat aparacağıq”

Fazil Mustafa deyir ki, Konstitusiyaya təkliflərin təbliğat kampaniyasında bir neçə müddəanın əleyhinə kampaniya aparacaqlar:

“Bunlardan biri torpaq üzərində mülkiyyət hüququ ilə bağlıdır, digəri etik davranışı pozan deputatın mandatdan məhrum edilməsi məsələsidir. Mülkiyyət məsələsi olduqca ciddidir və kifayət qədər böyük problemlər yaradacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG