Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

►Millət vəkili referendumdan sosial-iqtisadi sahədə demokratik islahatlara təkan verəcək təkliflər gözləyir

Millət vəkili Fazil Mustafa ANS televiziyasının yayımının dayandırılması, Konstitusiyaya dəyişikliklər təklifləri ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb:

– Fazil bəy, Milli Teleradio Şurası ANS-i Türkiyə hadisələrində birtərəfli mövqe tutmaqda ittiham edib,Türkiyə hakimiyyət dairələrinin hadisələrdə əli olduğunu iddia etdiyi Fethulla Gulen-dən aldığı müsahibəni yayımlamasın deyə yayımını dayandırıb. Buna münasibətiniz necədir?

– Yəqin ki, bu, Türkiyədəki cevriliş cəhdindən sonra Gulen-ə qarşı hakimiyyətin ittihamları ilə bağlıdır. Güman ki, belə bir qərar Türkiyədən gəlib və Azərbaycan tərəfi də belə yanaşma ilə mövqe bildirib. Ancaq ANS telekanalı cəmiyyətə lazımlı kanaldır, ictimaiyyətə faydalı məlumatlar verir. Ümid edirəm ki, telekanalın yayımının dayandırılması müvəqqəti haldır və yaxın vaxtlarda bu qadağa aradan qaldırılacaq.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

– Fazil bəy, başqa bir dövlətin müstəqil bir dövlətin mediasının yayımını dayandırması nə qədər demokratik və beynəlxalq hüquqa uyğun məsələdir?

– Burda göstərişdən söhbət getmir. Sadəcə, Türkiyədəki hadisələr Azərbaycan üçün də həssasdır. Yəqin ki, burda bununla bağlı narazılıq ifadə edən mesajlar olub.

– Fazil bəy, yeri gəlmişkən, Konstitusiyaya bəzi dəyişikliklər təklif olunur.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Hələ təkliflərlə tanış deyiləm. Bilirəm ki, referenduma görə təkliflər hazırlanırdı, ancaq hələ araşdırmamışam.

– Təkliflərdən biri prezidentlik müddətinin7 ilə qaldırılmasıdır, vitse-prezident postu yaradılır, prezident səlahiyyətləri ona keçə bilər.

– İndi bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Məhkəmə baxıb rəy verərsə ki, referenduma buraxılsın, o vaxt fikrimizi açıqlayarıq. Hər halda, təklifdir, prezidentin belə bir hüququ var. İndi hansı əsaslandırma ilə verilib, yəqin ki, aydın olacaq. Konstitusiya Məhkəməsinin rəyi olmadan, hansısa fikir söyləmək nə dərəcədə düzgün olar, bilmirəm.

– Prezidentliyə yaş senzinin aradan qaldırılması istənilir. İndiki halda yaş senzi 35 yaşa qədərdi.

– Yaş senzinin aradan qaldırılması normal haldır, çünki istənilən yaşda şəxsin prezident seçkilərinə qatılmasına yolu açılır. Vətəndaşlara təklif olunur, referendumda qiymətləndirəcəklər, səs verəcəklərsə, keçəcək, səs verməyəcəklərsə, keçməyəcək.

– Təkliflərdən biri də belədir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

– Bu, mülkiyyət hüququna qarşı addım kimi qiymətləndirilə bilər. Hər halda bu, düşündürücü maddədir. Çünki ölkə qanunvericiliyində mülkiyyət toxunulmazlığı var. Mülkiyyət məhdudlaşdırılması dünyada nadir rast gəlinən hadisədir.

– Fazil bəy, sonuncu, prezidentin bir neçə dəfə seçilməsinə imkan yaradan referendumun nəticələrindən bu illər ərzində cəmiyyət nə udub?

– Cəmiyyətin bundan nə dərəcədə udduğunu söyləmək çətindir, bütovlükdə, cəmiyyətin arzuladığı sosial-iqtisadi sahədə demokratik yönümlü islahatdır. Ümid edək ki, bu referendum bu islahatlara faydalı olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG