Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 08:54

-

"Independent" qəzeti xəbər verir ki, Birləşmiş Krallığın Müstəqillik Partiyasının (UKIP) lideri, ölkənin Avropa Birliyini tərk etməsi kampaniyasının önündə getmiş Nigel Farage iyulun 4-də istefa verib.

O, Londonda çıxış edərək "öz işini gördüyünü, bundan artığlna nail ola bilməyəcəyini" deyib.

"Mən Birləşmiş Krallığın Müstəqillik Partiyasının lideri vəzifəsindən istefa vermək barədə qərar qəbul etmişəm. Avropa Birliyini tərk etmək tərəfdarlarının referendumdakı qələbəsi mənim siyasi iddialarımın təmin olunduğunu göstərir. Mən bu işə ona görə gəlmişdim ki, istəyirdim biz müstəqil ölkə olaq. Mən siyasəti özümə karyera eləmək istəmirdim," deyə o bildirib.

Farage qeyd edib ki, onun hərtərəfli dəstəyi sayəsində partiya yaxşı durumdadır və xeyli sayda seçicini öz tərəfinə cəlb edə bilib.

Nigel Farage Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxmasının ən fəal tərəfdarlarından biri idi. O, Birləşmiş Krallığın baş naziri David Cameronu 23 iyun referendumunun nəticələrinin elan olunmasından sonra istefaya getməyə çağıranlar arasında olub.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Nigel Farage həmçinin Birləşmiş Krallığın ardınca digər dövlətlərin də Avropa Birliyini tərk edəcəyinə ümid ifadə edirdi.

Bundan öncə Cameronun öz partiyasından olan Brexit tərəfdarı Boris Conson da siyasi ambisiyalarından imtina etmişdi.

Conson Cameronu əvəzləməyə ən real namizəd sayılırdı. Amma qəfildən baş nazirlik uğrunda yarışdan imtina edib.

Hazırda Britaniyada siyasi böhran davam edir. Brexit-in ölkəyə böyük iqtisadi zərbə vura biləcəyi ilə bağlı narahatlıqlar var. Bundan başqa Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxma təhlükəsi yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG