Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:29

Məhkəmə Faiq Əmirliyə 'yox' dedi


Faiq Əmirli ev dustaqlığına buraxılmadı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Yanvarın 16-sı Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin köməkçisi, «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin apellyasiya şikayətinə baxılıb.

F.Əmirlinin vəkili Aqil Layıcov AzadlıqRadiosuna bildirib ki, məhkəmə şikayəti təmin etməyib.

Yanvarın 6-da Nəsimi Rayon Məhkəməsində F.Əmirli barəsində seçilmiş həbs-qətimkan tədbirinin və istintaq müddətinin uzadılması barədə təqdimata baxılıb. Məhkəmə həbs müddətini iki ay uzadıb. Apellyasiya şikayəti həmin qərardan verilmişdi.

XATIRLATMA

F.Əmirli ötən ilavqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib. Sonradan onun həbs müddəti yenidən artırılıb.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim ediblər.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan F.Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG