Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:00

F.Əmirlinin apellyasiya şikayətindən xəbər yoxdur


Faiq Əmirli
Faiq Əmirli

«Azadlıq» qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin apellyasiya şikayətinə nə vaxt baxılacağı müəyyən edilməyib.

Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.

Vəkilin deməsinə görə, bunun səbəbi barədə ona hər hansı bilgi verilmir.
Hələ 4 gün əvvəl, avqustun 26-da F.Əmirli ilə bağlı hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilib.

F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.

AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

XS
SM
MD
LG