Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:52

Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini “xeyirli işlərə” vermək qərarına gəliblər.

Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zuckerberg və onun xanımı Priscilla Chan bəyan ediblər ki, şirkətdəki səhmlərinin 99 faizini “xeyirli işlərə” vermək qərarına gəliblər.

Onlar bu xeyirxah addım barədə xəbəri, qızları Max-ın dünyaya gəlməsi xəbəri ilə birlikdə açıqlayıblar.

Cənab Zuckerberg bu niyyəti barədə özünün Facebook səhifəsində yenicə doğulmuş qızına yazdığı geniş məktubda bildirib.

Onlar pullarını Chan Zuckerberg Initiative xeyriyyəsinə ona görə verirlər ki, Max böyüyəndə daha yaxşı bir dünyada yaşaya bilsin

Məktubda qeyd olunduğuna görə, onlar pullarını Chan Zuckerberg Initiative xeyriyyəsinə ona görə verirlər ki, Max böyüyəndə daha yaxşı bir dünyada yaşaya bilsin.

Mark Zuckerberg bildirib ki, xeyriyyə ianəsinin ümumi məbləği 45 milyard dollardır.

Max ötən həftə doğulsa da, ailə bu xəbəri yalnız çərşənbə axşamı yayıb.

Zuckerberg yazır ki, Chan Zuckerberg Initiative xeyriyyəsinin əsas amalı insan potensialını artırmaq və gələcək nəslin uşaqları arasında bərabərliyi bərqərar etməkdir.

Bu pullar fərdi təhsilə, xəstəliklərin müalicəsinə, insan icmaları arasında daha möhkəm bağların yaradılmasına sərf olunacaq.

Zuckerberg və xanımı valideynlik məzuniyyətinə çıxıblar.

Facebook-un yaradıcısı yazır ki, xeyriyyə təşəbbüsünün detallarını məzuniyyətdən qayıtdıqdan sonra açılqlayacaq.

Cənab Zuckerberg həmçinin deyib ki, hələ uzun illər ərzində Facebook-un baş direktoru və onun ən böyük səhmdarı olaraq qalmağı planlaşdırır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG