Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:37

Facebook silah reklamının önünü kəsir


Facebook
Facebook

-

«Facebook» silah satışına dair reklamları yasaqlayacaq.«The New York Times»ın xəbərinə görə, Suriya və Liviyadakı terrorçu qruplar sosial şəbəkədə verilən silah reklamlarından faydalanırlar.

Ötən həftə belə reklamları yayan şübhəli 7 qrup «Facebook»a şikayət edilib və bunlardan 6-sı qapadılıb.

Sosial şəbəkə indən belə hər hansı silah reklamına qadağa qoymağı hədəfləyib.

«Facebook»un tərkibindəki Silah Araşdırma Mərkəzi bildirir ki, «Messenger» və «WhatsApp» kimi söhbət proqramlarıyla təkcə reklam deyil, silah satışı da gerçəkləşdirilir.

Sosial şəbəkə ən qısa zamanda belə halların önünü kəsəcəyini bildirir.

XS
SM
MD
LG