Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Facebook bildirib ki, internetdə ən çox oxunan Fələstin nəşrlərini redaktə edən jurnalistlərin hesablarını bağlamaqla səhvə yol verib.

Facebook-un rəsmi bəyanatında deyilir ki, səhvən bağlanmış səhifələr dərhal bərpa edilib.

Belə məlum olur ki, sözü gedən səhifələr haqqında Facebook-a şikayət məlumatları daxil olub.

Facebook “The Electronic Intifada” saytına bidlirib ki, sosial media hər həftə milyonlarla şikayət alır və belə şəraitdə səhvlərin baş verməsi mümkündür.

Sözü gedən Fələstin təşkilatları inanırkalar ki, səhifələrin bağlanması Fecbook-la İsrail hökuməti arasında fələstinlilərin “qızışdırıcılğına” qarşı hərəkət razılaşması əsasında baş verib.

“The Electronic İntifada” yazır ki, belə bir razılaşmanın mövcudluğu 1, 6 milyard istifadəçisi olan Facebook-un senzorluqla məşğul olduğunu göstərir.

The Intercept saytından təhlilçi Glenn Greenwald bu ayın əvvəllərində yazmışdı ki, Facebook-la İsrail arasında mövcud olan bu razılaşma İsrailin işğalçılığına etiraz edən ərəblərə, müsəlmanlara və fələstinlilərə qarşı yönəlib.

Facebook özünün yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşlərinin əhəmiyyətini cidd-cəhdlə danmağa çalışır.

Sosial media şirkəti inandırmağa çalışır ki, internet ekstremizmini yalnız siyasətçilər, alimlər və şirkətlərlə sıx işbirliyinin köməyi ilə önləmək olar.

“Məhz buna görə də biz mühüm məsələləri müzakirə etmək üçün siyasətçilərlə danışıqlar aparırıq – deyib Facebook sözçüsü, - Şirkətimiz kimə qarşı yönəlməsindən asılı olmayaraq nifrət qızışdırılıcılığına qarşı sıfır dözüm siyasəti yürüdür”.

Lakin İsrail hökuməti iddia edib ki, Facebook, Google və YouTube onun materialların silinməsinə dair ricalarının 95 faizini icra ediblər.

İsrail Facebook postlarına görə jurnalistlər də daxil bir neçə internet istifadəçisini həbs edib.

İş o yerə çatıb ki, Qüds və başqa Fələstin saytlarının jurnalistləri Facebook-da hər hansı postlar yazmağı dayandrıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG