Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

Facebook öz sosial şəbəkəsinə “dislike” – “bəyənmirəm” düyməsini daxil edəcək. Bu barədə şəbəkənin yaradıcısı Mark Zuckerberg elan edib.

Facebook öz sosial şəbəkəsinə “dislike” – “bəyənmirəm” düyməsini daxil edəcək.

Bu barədə şəbəkənin yaradıcısı Mark Zuckerberg elan edib.

Kaliforniya, Menlo Parkdakı Facebook qərargahında keçirilən sual-cavab sessiyası zamanı Mark Zuckerberg deyib ki, “dislike” düyməsi insanlara öz hisslərini daha geniş bildirmək imkanı yaradcaq.

O deyib ki, “bəyənmirəm” düyməsinin işə salınmasına “lap az qalıb”.

Kədərli postlar üçün

“Dislike” düyməsinin tətbiqini bir çox insanlar 2009-cu ildə məşhur “like” düyməsi tətbiq olunandan bəri istəyirdilər.

Bu düymə elə vaxtlar üçündür ki, “kədərli” postlara “like” qoymaq yersiz olur

“Adamlar “dislike” düyməsinin işə salınmasını uzun illərdir ki, tələb edirdilər” – deyib Facebook-un 31 yaşlı rəhbəri.

Bununla yanaşı o, ümid etdiyini bildirib ki, “bəyənmirəm” düyməsindən başqalarının fikrini boğmaq üçün istifadə edilməyəcək.

“Əksinə, bu düymə elə vaxtlar üçündür ki, “kədərli” postlara “like” qoymaq yersiz hərəkət olur” – deyib Mark Zuckerberg.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG