Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:26

Facebook-dan məktəblilərə yenilik


Facebook
Facebook

«Lifestage» adlanan proqram yuxarı sinif şagirdlərinin bir- birlərini tanımaları məqsədilə düşünülüb.

Yeniliyi Facebook-un ən gənc işçisi – 19 yaşlı Michael Sayman hazırlayıb.

VİDEOLARLA ÖZÜNÜ TANIT

Sosial şəbəkənin əsas özəlliyi yalnız videolar üzərində qurulmağıdır. Məktəblilər açdıqları profillərdə videolarla özlərini tanıda, şən və ya qəmgin hallarını paylaşa, sevdikləri, sevmədikləri şeylər barədə danışa bilərlər.

İstifadəçi proqramda qeydiyyatdan keçməkdən ötrü öz məktəbini seçir, sonra oxuduğu və ya yaxınlıqdakı məktəbdən olan video profilləri görə bilir. Ancaq «Lifestage» bir məktəbdən 20 nəfər işlətdikdə aktivləşir. Bu say tamamlandıqdan sonra istifadəçi qruplar yarada və digər profilləri görə bilər.

PAYLAŞIMLARI HƏR KƏS GÖRÜR

Proqram söhbət üçün düşünülməyib. Ona görə də, məktəblilər ünsiyyət qurmaq istəsələr, özlərinin digər sosial şəbəkələrdəki profil bilgilərini qeyd edə bilərlər. İstifadəçi bunu da bilməlidir ki, paylaşımları hər kəsə açıqdır. Nəyi kimin görəcəyini tənzimləmək olmur.

Yenililik, hələlik, ABŞ-da iOS istifadəçilərinə əlçatandır.

XS
SM
MD
LG