Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:49

İndi bu qızcığazın 53 yaşı var. Facebookda qalmaqal


İndi bu qızcığazın 53 yaşı var
İndi bu qızcığazın 53 yaşı var

Şirkət fotonu bərpa etmək qərarını onun "tarixi və qlobal önəmi”nə bağlayıb

Facebook” Vyetnam savaşında napalm bombasından yanıq zədələri alaraq qaçan vyetnamlı qızcığazın məşhur fotosunu siləndə, Mark Zuckerberg-i "hakimiyyətdən sui-istifadədə" ittiham etmişdilər.

Qaydalara görə?

“Facebook”un qaydalarına görə, çılpaq bədən şəkilləri bu sosial şəbəkədə yerləşdirilə bilməz. Bu üzdən, “Facebook” rəhbərliyi "Associated Press"in jurnalisti Nick Ut-un məşhur fotosunun yerləşdirilməsini qayda pozuntusu sayaraq, onu pozmuşdi. Şirkət fotonu bərpa etmək qərarını onun "tarixi və qlobal önəmi”nə bağlayıb.

Buna da bax:​ Mark Zuckerberg Facebook-da daxili araşdırma aparır

“Facebook”un qaydalarına görə, çılpaq bədən şəkilləri bu sosial şəbəkədə yerləşdirilə bilməz.

Sözügedən fotoşəkli “facebook”a norveçli yazıçı Tom Egeland yerləşdirib. Norveçin "Aftenposten" qəzeti onu sosial şəbəkədən götürüb öz səhifəsində də dərc edib. Ancaq “facebook” həmin qəzetin baş redaktoru Espen Hansen-in ünvanına bildiriş göndərərək fotonu ya redaktə etməyi, ya da silməyi xahiş edib. Redaktorsa bildirişə cavab olaraq, “facebook” rəhbəri Mark Zuckerberg-ə açıq məktub ünvanlayaraq, Zuckerberg-in “dünyada ən güclü redaktor olmadığını”, tarixi foroşəkillərlə pornoqrafiyanı bir-birindən ayırmaq lazım gəldiyini yazıb.

"Mən senzuranın bu formasına yox deyirəm"

Norveçin baş naziri Erna Solberg “facebook”da qəzeti dəstəkləyərək, öz səhifəsində eyni şəkli yerləşdirib. Buna cavab olaraq “facebook” cümə günü onun postunu silib. Bundan sonra baş nazir sosial şəbəkəni öz qaydalarına yenidən baxmağa çağırıb: "Mən senzuranın bu formasına yox deyirəm".

«Tarixi foroşəkillərlə pornoqrafiyanı bir-birindən ayırmaq lazımdır..»

Fotoqraf doqquz yaşlı vyetnamlı qızın - Kim Phuk-un şəklini 1972-ci ildə, Sayqonun şimalına bomba yağdırılarkən çəkib. Bu zaman qızcığaz başqa uşaqlarla birlikdə yandırıcı napalm bombalarından qaçaraq canını qurtarmağa çalışırmış.

Buna da bax:​ Kurt Vonnequt. Böyük Partlayışdan necə yayınmalı?..

Kim 14 ay xəstəxanada qalıb və 17 əməliyyat keçirib. Həkimlərin proqnozlarına baxmayaraq, o, evə qayıda bilib.

İndi o fotonun qəhrəmanının 53 yaşı var

İndi 53 yaşı olan Kim Phuc həyat yoldaşı, uşaqları və valideynləri ilə birgə Torontoda yaşayır. Onun yaratdığı Kim Phuc Fondu (Kim Phuc Foundation) savaş qurbanı sayılan uşaqlara yardım etməklə məşğuldur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG