Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

-

Sosial şəbəkə nəhəngi Facebook siyasi üzgörənlik zəminində yaranmış şübhələri saf-çürük etmək üçün daxili araşdırmalara başlayıb. Bu barədə Facebook korporasiyasının rəhbəri və icraçı direktoru Mark Zuckerberg bəyan edib.

Şirkət tənqid atəşinə adı çəkilməyən keçmiş əməkdaşının «Gizmodo» texnoloji yeniliklər saytında söylədiyi sözlərdən sonra tuş gəlib.

Həftənin əvvəlində «Gizmodo» saytı şirkətin «Topic Trends» tövsiyə lenti üçün işləmiş keçmiş əməkdaşlarına istinadla yazıb ki, onlar mütəmadi olaraq KİV və mühafizəkar xarakterli siyasi xadimlərin xəbərlərini filtrdən keçiriblər.

Məsələn, iddia olunduğuna görə, amerikalı istifadəçilər üçün nəzərdə tutulan tövsiyə lentində ABŞ-ın mühafizəkar yönümlü siyasi qüvvələrinin Konfransı barədə xəbəri buraxmamağa çalışıblar. Eləcə də respublikaçılar Mitt Romney və Rand Paul-un fəaliyyəti haqda xəbərlərlə bağlı da eyni addımlar atılıb.

Öz aralarında «xəbər kuratorları» adlandırılan əməkdaşlar «Gizmodo»ya deyiblər ki, müəyyən anons və məsləhətlərin verilməsi haqda təlimatlar alıblar. Hətta bu hadisələr sosial şəbəkədə populyarlıq qazanmasa belə, təlimata uyğun xəbər xətti qurulmalıymış.

Bu ittiham sosial mediada etirazlara səbəb olub və hətta qalmaqal ABŞ Senatının sorğu verməsinə qədər böyüyüb.

Bir sıra ABŞ konqresmenləri sosial şəbəkələrdə tənqidi çıxışlar ediblər.

FACEBOOK: SÜBUT YOXDUR

M.Zuckerberg tənqidlərə cavabında müxtəlif fikirlərin azad şəkildə söylənilməsinin tərəfdarı olduğunu bildirib. Şəbəkənin yaradıcısı həmçinin, mətbuata sızan informasiyaya ciddi yanaşdığını bəyan edib və odur ki, şirkət daxilində araşdırmaya qərar verib.

Daha sonra M.Zuckerberg Facebook səhifəsində yaydığı məlumatda deyib: «Facebook bu ittihamlarla bağlı heç bir dəlil tapmayıb».

Amma bununla belə əlavə edib ki, araşdırmalar davam etdiriləcək. «Əgər bizim prinsiplərin ziddinə gedəcək nəsə tapsaq, mənim öhdəliklərim sizə məlumdur, biz bu problemin həlli üçün əlavə addımlar atacağıq», - söyləyib M.Zuckerberg.

Facebook rəhbəri daha sonra bildirib ki, «aparıcı mühafizəkarları» öz fikirlərini bölüşmək üçün dəvət etməyi planlaşdırır.

Facebook əleyhinə olan ittihamlar şirkəti öz istifadəçiləri üçün informasiyanı necə seçdiyi və xəbər xəttində necə əks etdirdiyi barədə daha açıq informasiya verməyə sövq edib.

Mayın 13-də Facebook-un KİV-lə əlaqələr bölməsində şirkətin yüksəkçinli rəhbəri xəbər lenti üçün «aktual mövzuları» sadalayıb.

Şirkətin qlobal əməliyyatlar üzrə vitse-prezidenti Justin Osofsky yazıb: «Facebook öz işçilərinə istənilən siyasi yönümlü mənbələri biri-birindən fərqləndirməyə icazə verməz və məsləhət görməz».

Facebook iddia edir ki, mart ayında orta hesabla gündə bir milyard aktiv istifadəçisi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG